Marneuli bələdiyyəsinin gender bərabərliyi şurası fəaliyyət
planını hazırlayıb.
Plan bu gün 7 avqust tarixində bələdiyyə məclisinin iclasına
müzakirəyə çıxarıldı və müsbət qərar qəbul edildi.
Gender şurası Marneuli bələdiyyəsində təxminən yeddi aydır ki,
fəaliyyət göstərir. Bu müddət ərzində isə vacib layihələr həyata
keçirməyiblər.
Bunun hamısını isə bələdiyyə məclisinin sədrinin gender məsələləri
üzrə müşaviri İa Esebua belə izah
edir ki, ümumiyyətlə Marneuli
bələdiyyəsində belə şura ilk dəfə yaradılıb və yeni layihədir. Həm
də layihə həyata keçirmək üçün maddi dəstək yoxdur. Ona görə də
yaxın gələcəkdə Marneuli meriyasından maliyyə gözləyirlər.
Esabuanın sözlərinə görə,artıq statistika üzərində çalışmaq işləri
başlayıb və müəyyən edilmiş prioritetlərin həyata keçirilməsinə
başlanılıb.
"Real olaraq gender şurası üçün büdcəmiz yoxdur. Buna görə də desək
ki, nəsə tikirik, yalan olar, çünki vəsaitimiz yoxdur. Ona görə də,
şura olaraq real nə edə biləcəyimizi, həm sədr, həm də bütün üzvlər
məsuliyyət götürdüyümüzü yazdıq. Bu ilk dəfə olur, bu günədək belə
bir şey olmayıb. Ona görə də ilk növbədə gender bərabərliyinin
təmin olunması üçün davamlı institusional, hüquqi və təşkilati
mexanizmlər yaratmalıyıq" - deyə İa Esebua
bildirdi.
İa Esabuanın bəyənatına görə, işlənilmiş bir illik planla onların
şurasının bütün üzvləri tanışdır. Marneuli radiosu çalışdı ki,
Marneuli bələdiyyəsinin gender şurasının üzvlərinin fəaliyyət planı
haqqında məlumatının olub olmamasını öyrənsin. Bunun üçün isə
gender şurasının sədri Amiran Qiorqadzeyə sual verdik və o, dedi
ki, əlbəttə, planla tanışdır, ancaq detallardan söhbət açmaqdan
çəkindi. Ətraflı məlumat üçün bizi İa Esebuaya
istiqamətləndirdi.
"Bu məsələyə İa xanım qoşulub. Əlbəttə ki, bilirdim,
mən sədrəm" - deyə Amiran Qiorqadze bildirdi.
Gender şurasının üzvü Roman Tabatadze də oxşar sözləri dedi və
ətraflı məlumat üçün bizi Esebuaya istiqamətləndirdi.
"İclas qurtardıqdan sonra İa xanımdan
soruşun" - deyə Roman Tabatadze bildirdi.
Gender şurasının yeganə üzvü, gender mütəxəssisi üzrə ixtisaslaşmış
Nona Samxaradzenin də digər üzvlər kimi işlənilmiş fəaliyyət planı
haqqında məlumatı yoxdur. O, deyir ki, ilk dəfə sənədə dair onun
qeydləri var imiş ancaq yekunda qəbul edilən planda onun qeydlərini
nəzərə alıblar, ya yox, bu haqda heç nə bilmir.
Marneuli bələdiyyəsində gender şurası 2018-ci ilin fevral ayında
yaradılıb və 12 üzvdən ibarətdir.