Ağmaşenebeli küçəsində olan tullantıları iş texnikasının idarə olunmamasına görə apara bilmirlər
Marneuli bazarı istiqamətində "Təmiz Marneuli"nin bir ildən artıq gözlədiyi zibil qutuları yerləşdirilib. Amma buna baxmayaraq bazar ərazisində aylardı toplanıb qalan qeyri qanuni zibil təpələri mövcuddur.

Bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin sahibləri zibil qalıqlarının təmizləmdiyini bildirirlər. Onların sözlərinə görə, axşam saatlarında bazarda çalışan ticarətçilər zibil qalıqlarını həmin əraziyə atırlar.



Onu da əlavə etdilər ki, kommunal xidmətin
əməkdaşlarına şifahi olsa da dəfələrlə müracət ediblər və onlar söz veriblər ki, həmin qeyri -qanuni yaranan zibilllik təmizlənəcək. Amma hələ də qeyri-qanuni yaranan zibillik təmizlənməyib və ətrafa üfunətli qoxu yayılır.

“Zibildən artıq dağ yığılmış vəziyyətdədir. Antisanitar vəziyyətin yaranması ilə birlikdə yağın təhlükəsi də olur. Bazara yaxın ərazidir və obyektlər bir-birinə yaxındır. Orada yanacaq zibillər çoxdu bir balaca qığılcım yetərlidir yanğının baş verməsi üçün. Rəsmi olmasa da şifahi olaraq komunal xidmətin rəhbərliyinə müraciət etmişəm. Dedilər gələcəyik bu gün, sabah amma hələ ki, reaksiya yoxdur. Yəgin ki, yaxın günlərdə reaksiya bildirərlər biz də onu gözləyirik” – deyə bildirdi ticarət obyektlərinin sahibi.

“Burada ticarətçilər dururdu, ticarətçilər gətirib zibili ora atanda biz nə qədər demişik ora zibil atmayın yenə də atırdılar. Biz zibillərimizi bir küncə və ya arabanını içinə yığırıq axşam da aparırıq zibil qutusuna atırıq” – deyə bildirdi sakin.



"Təmiz Marneuli" MMC-nin direktoru Leri Mumladze "Marneuli" Radiosu ilə söhbəti zamanı bildirdi ki, zibili təmizləmək üçün nəzərdə tutulmuş texnika sıradan çıxdığı üçün zibili təmizləmək mümkün olmayıb. Texnika üçün ehtiyat hissə gətirildikdən sonra zibil təmizlənəcək, bununla belə o, dəqiq vaxt bildirmədi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər