“İslam Dövləti”nə dəstək verməkdə ittiham olunaraq həbs edilən 7 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib
Tbilisi Şəhər Məhkəməsində “İslam Dövləti” terror təşkilatına dəstək verməkdə ittiham olunaraq saxlanılan 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvili verib.

Bu gün keçirilən prosesdə saxlanılanların barəsində həbs-qətimkan tədbiri seçilib.

Dövlət ittihamnaməsində bütün şəxslərə qarşı ən ağır həbs tədbirinin tətbiqi tələb olunurdu. Vəkillərə gəlincə, onlar təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilmədən buraxılmasını tələb edib və məhkəməyə alternativ olaraq 5000-10000 lari girov təklif ediblər.

Məlumat üçün bildirək ki, aprelin 17-də Gürcüstanın Baş Prokurorluğu saxlanılan şəxslərə qarşı xarici terror təşkilatına qoşulmaqda və terror fəaliyyətinə yardım etməkdə, qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı qurğular əldə etmək və saxlamaqda ittiham edib.


Print Email
FaceBook Twitter Google