Algeti və Sadaxlı uşaq bağçalarına uşaqların qeydiyyatı 10 sentyabr
tarixindən başlayacaq.
Hər iki bağça müasir standartlara uyğun olaraq tikilib və hər biri
150 uşaq üçün nəzərdə tutulub. Lakin Uşaq Bağçaları Birliyinin
direktoru Zaur Kərəmovun bildirdiyinə görə, bağçalara 180-dək uşaq
yerləşdirmək mümkün olacaq.
Marneulinin digər
bağçalarına uşaqların qeydiyyatı artıq başa
çatıb. Kərəmov bildirdi ki, bu mərhələdə uşaqların bağçalar üzrə
bölünməsi prosesi davam edir, ancaq Algeti və Sadaxlı bağçalarına
qeydiyyat başa çatanadək dəqiq rəqəm deyə bilməyəcək.