Marneuli bələdiyyəsində üç məktəb xüsusi müəllim gözləyir.
Şaumiani iki saylı ictimai məktəbi, Marneuli 7 saylı ictimai
məktəbi və Çanaxçı ictimai məktəbi xüsusi
müəllim vəzifəsinə
vakansiya elan edib.
Marneuli miqyasında 35 xüsusi müəllim fəaliyyət göstərir.
Gürcüstan Parlamenti “Ümumtəhsil haqqında” Gürcüstan Qanununa
inkluziv təhsil istiqamətində dəyişikliklər etdi və xüsusi
müəllimlər də status baxımından digər müəllimlərlə
bərabərləşdi.