Algetinin uşaq bağçası açılıb
Bu gün, 8 oktyabrda Algeti kəndində uşaq bağçası açıldı. Yetişdirmə müəssisəsi 5 qrupda ibarətdir. Hər qrupda 40 nəfər uşaq yerləşdirilib.

Bağçanın rəhbəri olaraq Marneuli bələdiyyəsinin administrativ xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Turac İbrahimova təyin olunub. Biz onunla əlaqə saxlaya bilmədik.

Marneulinin uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmov dedi ki, Algeti bağçası 200 nəfər uşaq qəbul
edib. İstəyi olanlar müəyyən olunduğundan çoxdur və 240 uşaq təşkil edir.

Müəssisə 200-dən artıq uşağı yerləşdirə bilmir çünki 40 uşaq rezerv olaraq qalacaq. Algeti kəndinin uşaq bağçası təqribən 2 ilə tikilib, ancaq daxili dizaynın qaydada olmamasına görə indiyə qədər açılmırmış.

Bağçanın açılışında yerli özünüidarəetmə nümayəndələri və parlamentin majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naveriani iştirak edirlərmiş.

Print Email
FaceBook Twitter Google