“Jvania məktəbi” kompüter texnologiyaları kurslarına dinləyici
qəbuluna başlayır. Proqram məmurlar üçün nəzərdə tutulub ki, onlar
məmurların fəaliyyəti zamanı vacib olan kompüter proqramları ilə
işləməyi bacarsınlar.
“Jvania məktəbi”nin elektron təhsil və kompüter texnologiyalarının
tədrisi proqramının koordinatoru Qiorqi Tabusadzenin dediyinə görə,
dinləyicilər Word, Excel kimi ofis proqramları, “Google”un
məhsulları və sosial şəbəkələri öyrənəcəklər.
“Başlanğıc səviyyədən sonra yeni pillələrə yönəlmiş və
daha çox işlərində lazım olacaq ofis proqramlarına diqqətin
yönəldilməsini planlaşdırırıq”, - Qiorqi Tabusadze
bildirib.
Dərslər bütün Gürcüstan miqyasında gürcü dilində keçiriləcək.
“Bizim məktəb dövlət dilini A-1, A-2 və B-1
səviyyəsində tədris edir. Müvafiq olaraq biz kompüter
texnologiyaları proqramı üçün dinləyicinin ən az A-2 səviyyəsində
bilməsini tələb edirik. İlkin test keçiririk və testin
verilməsindən sonra artıq qrupa daxil edirik. Əgər şəxs A-2
səviyyəsində bilmirsə, ona gürcü dili kurslarını keçməyi və bundan
sonra bizim kurslara yazılmağı tövsiyə edirik, -
Qiorqi Tabusadze dedi.
Kompüter texnologiyaları tədris proqramı 3 ay davam edəcək və
ümumilikdə 90 saat olacaq. Marneulidə proqramda iştirak etmək
istəyənlər “Jvania məktəbi”nin Marneuli regional tədris mərkəzinə
müraciət edə bilərlər.