Oğurluq baş vermiş məktəbin direktoru əvvəllər də patrul çağırmalı olub - təhlükəsizliyin qeydinə məktəb özü qalır

Marneuli 1 saylı məktəbi bir neçə gündür ki, qarət olunub. Onlar artıq üçüncü ildir ki, təmir işlərinə görə 8 saylı ictimai məktəbinə sığınıblar. Doğrudur oğurluq hadisəsi səkkizinci məktəbin ərazisində baş verib amma bir saylı məktəbin texnikasını aparıblar.

1 saylı məktəbin direktoru Ketevan Merabişvili heç ona kimi də özünü təhlükəsiz hiss etmirmiş. Dəfələrlə patrul polisi çağırmalı olub.
Yad şəxslər onların ərazisinə olduqca tez-tez gəlirlər. Məktəb hasarlanmayıb və daxili əraziyə kim istəsə daxil ola bilər.

Merabişvili Təhsil nazirliyinə mandaturların tələb olunması ilə bağlı 2017-ci ildə müraciət edib. Ancaq bu günə kimi öz gücü ilə təhlükəsizliyi qorumalı olur.

"Məktəb hələ də təmirdədir. İkinci növbədə 3-ün yarısında dərs başlayır və 7-də bitir. Axşam saatlarıdır və ona görə də dərs vaxtı idarə olunmur" - dedi Ketevan Merabişvili.



8 saylı məktəb dirkeotru Elman Cəfərovun dediyinə götə, məktəbdə mandaturları yoxdur. Deyir ki, məktəbdə mandatur olana qədər məktəb büdcəsi ilə video kameranın montaj olunmasına cəhd göstərəcək.



Gürcüstan mandaturlar xidmətinin administrasiyasından izah etdiklərinə görə, Marneuli 1 saylı ictimai məktəbi kiçik kontingentli məktəblər siyahısına daxildir və indiki mərhələdə mandaturun təyin olunması planlaşdırılmır. Prioritet olaraq hələ ki, 400 və ya daha çox şagirdli məktəblərə edilir.

"Sonrakı dövr üçün əlbəttə planlaşdırılır. İnkişaf planına əsasən biz şagird sayı çox olan məktəbləri siyahıya salırıq. Bütün Gürcüstan regionlarından tələb var. Son dövrdə baş verən hadisələrdən dolayı da tələb çoxdur. Biz həm psixoloji xidmət təklif edirik həm də təhlükəsizlik qorunur" - dedi Mandatur xidməti administrasiyası idarəçiliyinin rəhbəri Şorena Zedgenidze.



Mandatur xidməti administrasiyası idarəçiliyinin rəhbəri Şorena Zedgenidzenin dediyinə görə, Gürcüstanın bütün məktəblərinin mandatur xidmətindən istifadə etməsi üçün Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi proqram hazırlayıb və ona əsasən təhlükəsilziyə cavabdeh olacaq şəxslərin hazırlanması nəzərdə tutulub. Məktəb direktorları bu layihədən istifadə edə bilərlər və bir nümyaəndələrini hazırlaya bilərlər.

"Mantaurlar kimi şəxslər hazırlanacaq. Mandatur nə edirsə onun funskiyasının müəyyən hissəsini öyrənəcəklər və məktəbdə artıq cavabdeh şəxs olacaqlar" - dedi Şorena Zedgenidzeni.



Marneulidə cəmi 74 məktəb var. Mandatur xidmətindən onların yalnız 4 istifadə edir və onlar da şəhərdə yerləşirlər.

Print Email
FaceBook Twitter Google