Saxta xəbər: Levofloksatsin koronavirusu müalicə edir

Sosial şəbəkədə Levofloksatsin dərmanının Covid-19-u müalicə etdiyi barədə məlumat yerləşdirilmiş bir fotoşəkil yayıldı:

"Camaat, Levofloksatsin dərmanına baxın, bu koronaya kömək edən ilk dərmandır !!!! (Cəmi 10 həb bəs edir)". Eyni məlumatı Gürcüstan portalına istinadla “Facebook”-dakı "Stalin" səhifəsi də yaydı.

Levofloksatsin dərmanının koronavirusu müalicə etdiyi iddiası yalandır.

Medicinenet.com tibbi portalının məlumatına görə, Levofloksatsin bakterial infeksiyaların müalicəsi üçün istifadə edilən bir antibiotikdir (florokinolon antibiotik qrupundan). ABŞ Qida və Dərman İdarəsi (FDA) dərmanı 1996-cı ildə istifadəyə verib.

Levofloksatsin: sətəlcəm, sinus infeksiyası – sinusit (burun boşluğunun kəskin və ya xroniki iltihabı), yoluxucu dəri xəstəlikləri, qulaq-burun infeksiyaları, tənəffüs yolları, bakteriyaların səbəb olduğu oynaq və sümük infeksiyaları üçün istifadə olunur.

Healthline.com və medic.net saytının yazdığına görə, dərmanın güclü yan təsirləri və əks göstərişləri vardır, bunlar: qaraciyər funksiyasının pozulması; mərkəzi sinir sisteminin pozulması; hipoqlikemiya; mümkün allergiya reaksiyaları və s.

Levofloksatsinin istifadəsinə yalnız həkim resepti ilə icazə verilir və özbaşına qəbul etmək sağlamlıq üçün təhlükəlidir! Bundan əlavə, bu dərman yalnız bakterial infeksiyalara qarşı istifadə olunur!

Covid-19 bakterial infeksiya deyil, viral xəstəlikdir və antibiotiklərdən təsirlənə bilməz. Ümumdünya Səhiyyə Təşkilatına görə, COVID-19-un müalicəsi üçün antibiotiklərdən istifadə edilmir.

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin məlumatına (NCDC) görə, “Antibiotiklər viruslara təsir etmir. Antibiotik bakteriyaları öldürür. Bu səbəbdən antibiotik Covid-19-un qarşısını almaq və ya müalicə etmək üçün istifadə edilməməlidir. Antibiotiklərə yalnız paralel olaraq bakterial infeksiya olduqda ehtiyac ola bilər."

COVID-19 müalicəsi xəstəliyin şiddətindən asılı olaraq simptomatik aparılır. Həkim resepti olmadan dərman qəbul etməyin!

Koronavirusa yoluxmuş xəstə evdə müalicə olunursa: [1]

• Özünütəcrid qaydalarına ciddi əməl etməlidir;

• Bol miqdarda maye qəbul etməlidir;

• Həkim təyin etmədən antibiotik və ya digər dərman qəbul etməməlidir;

• Ailə həkiminin göstərişlərinə əməl etməlidir!

Qeyd edək ki, koronavirus peyvəndi bu mərhələdə təsdiqlənməyib. Bununla birlikdə, bunlardan bir neçəsi araşdırmanın son mərhələsindədir və ilin sonuna qədər təsdiqlənə bilər, bunlar arasında “Pfizer” və “BioNtech” tərəfindən hazırlanan peyvənd, “Oxford-AstraZeneca” peyvəndi və “American Moderna” peyvəndi də vardır ki, ilkin araşdırmaların nəticələrinə bunlar yüksək effektivlik göstərib.

1. Təsdiqlənmiş Covid-19-dan evdə müalicə olunduğunuz təqdirdə tövsiyələrə əməl edin.

https://factcheck.ge/

 

Print Email
FaceBook Twitter Google