Koronavirus pandemiyası ilə bağlı saxta xəbərlər
Sosial şəbəkədə “bu pandemiya sadə səbəbə görə real pandemiya ola bilməz..” başlığı altında məqalə yayımlanıb. Məqalə “Georgie.su”-da paylaşılıb və o çox sayda saxta xəbərdən ibarətdir. Əhalini maska taxmamağa, analiz verməməyə və s. yönləndirir.

İddia: PCR testi ixtira edən deyib ki, bu testlər hər hansı xəstəliyin diaqnozunu qoymaq üçün yaradılmayıb
Hökm: saxta xəbər


Məqalənin müəllifi koronavirus diaqnozunun PCR testlə müəyyənləşdirilməsini statistikanın saxtalaşdırılmasına cəhd olaraq qiymətləndirir. “Bu testi ixtira edən Keri Mulis öz video müraciətində deyir ki, bu testlər hər hansı xəstəliyin diaqnozunu müəyyən etmək üçün yaradılmayıb.”
PCR metodunu (polimeraza zəncirvari reaksiya) amerikalı K.Mulis (1983) kəşf edib. O, buna görə Nobel mükafatı alıb. Ondan tibbi və bioloji tədqiqat laboratoriyalarında müxtəlif ehtiyaclar üçün istifadə edirlər. Misal üçün, PCR metodla yoxlanılır: genlərin funksional analizi; irsi xəstəliklərin diaqnostikası; Genetik barmaq izlərinin müəyyənləşdirilməsi (məhkəmə ekspertizasında və atalıq testində istifadə olunur); Yoluxucu xəstəliklərin diaqnostikası.
PCR ixtira edən heç vaxt deməyib ki, o yoluxucu xəstəlikləri müəyyənləşdirmək üçün yaradılmayıb. Bu kimi yanlış məlumatlar sosial şəbəkələrdə əvvəl də yayılırdı, bu mövzuda fullfact.org-un məqalələrinə baxın.

Covid-19-un polimeraza zəncirvari reaksiya (PCR) metodu, yaxud sürətli testlə müəyyənləşdirilməsi, SARS-COV-un antigen və antikorunun müəyyənləşdirilməsi ilə mümkündür. Bu gün məhz PCR metod Covid-19-un laboratoriya diaqnostikasının qızıl standartı olaraq hesab olunur. PCR metodla burun-boğazdan götürülən analizdə SARS-COV-un RNT-si müəyyənləşdirilir. Test üçün material yuxarı tənəffüs yollarından, eləcə də aşağı tənəffüs yollarından götürülməlidir. Bu kimi metodla diaqnostika yalnız yüksək texnoloji laboratoriyalarda mümkündür.

Tibbdə PCR metodla genetik materialın (DNT və RNT) araşdırılmasına əsaslanan çoxsaylı infeksiyaların yüksək dəqiqliklə müəyyənləşdirilməsi həyata keçirilir.
PCR metodla diaqnostika ilə bağlı çox sayda yanlış məlumatlar yayılıb, bu mövzuda “Fakt-Metr”-in məqaləsinə baxın.

İddia: Covid-19 testləri əvvəlcədən virusla çirkləndirilmiş idi
Hökm: Saxta xəbər


Məqalənin müəllifi çalışır ki, oxucunu Covid-19 testlərinin əvvəlcədən viruslu olduğuna və infeksiyanı qəsdən yaydıqlarına inandırsın. O, bunu sübut etmək üçün bir neçə nümunə gətirir. Onlardan biri Amerikada laboratoriyalarda testlərin əvvəlcədən viruslu olmasıdır ki, bunu Amerikanın Qida və Dərman Administrasiyasının araşdırması da təsdiqləyib.

“Politifact”-a görə, pandemiyanın ilk mərhələsində, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qrşısının Alınması Mərkəzinin (CDC) istehsal etdiyi testlər həqiqətən də qüsurlu çıxıb. Qeyd olunan testlər sırasında üç reaktivdən biri güman ki, çirkli idi (reaktivlər kimyəvi maddədir və onlardan test zamanı reaksiya yaratmaq üçün istifadə olunur). Qeyd olunan fakt laboratoriyada protokolun pozulması ilə əlaqədardır.

Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzi – CDC Covid-19-un erkən testlərini İctimai Səhiyyə Laboratoriyalarına verib və çirkli reaktivə görə qüsurlu çıxıb. Testlər yararsız idi, ona görə ki, səhv nəticə göstərirdi. Həmin testlər yoluxma mənbəyi ola bilməzdi, çünki testlər canlı virus daşımırdı (testlərin istehsalında canlı virusdan istifadə olunmur). Belə ki, testlərdəki səhv erkən mərhələdə müəyyən edildi və ondan xəstələrin analizi üçün istifadə etməyiblər.
Məqalədə testlərlə əlaqədar İspaniya və başqa ölkə hökumətlərinin, həmçinin, Gürcüstan tərəfindən Covid-19 testlərinin çirkli olmasına görə Çinə geri qaytarılmasından söhbət aparılır. Bu həqiqətə uyğun deyil.

Pandemiyanın ilkin mərhələsində İspaniya hökuməti Çin şirkəti “Shenzhen Bioeasy Technology”-dən aldığı sürətli testləri həqiqətən də geri qaytarıb. Çindən alınmış testlərin geri qaytarılmasının səbəbi testlərin etibarlılığının aşağı səviyyədə olması idi. Sürətli testlərin çirkli olmasını iddia etmək yanlışdır. İspaniyada aparılmış araşdırmalar göstərdi ki, testlərin dəqiqliyi yalnız 30% idi. Bu zaman isə hissiyatlılıq 80% olmalı idi. Başqa ölkələr də qeyd olunan şirkətin testlərini geri qaytarıb.

23 mart tarixində Gürcüstan yeni koronavirusun sürətli testlərini almaq üçün Çin şirkəti “Shenzhen Bioeasy Technology” ilə müqavilə bağlayıb. Sonradan testlərə etimad aşağı olduğu müəyyən olunanda sürətli testlərin alınması ilə bağlı müqavilə ləğv olundu (27 mart).

İddia: maska taxan zaman karbon dioksidin yüksək konsentrasiyası ilə nəfəs alırıq
Hökm: saxta xəbər

Məqalədə maska taxan zaman orqanizmin yetərli dozada oksigen qəbul edə bilmədiyi, yüksək konsentrasiya ilə karbonla nəfəs aldığı haqda söhbət aparılır. “Bu isə karbon dioksidlə beyin intoksikasiyasına, tənəffüs yollarına düşmüş bakteriya və virusun ağçiyərlərə dərin çökməsinə və insanın virusa daha dərin yoluxmasına səbəb olur. Maskadan uzun müddət istifadə etdikdə vərəm çöplərinin sayının artması, müxtəlif göbələk xəstəlikləri və s yarana bilər. Sağlam adam xəstələnir, xəstə adamın isə vəziyyəti ağırlaşır”, – məqalənin müəllifi yazır.


Maskadan istifadə edilməsi ilə bağlı sosial mediada indiyə kimi də çox sayda yanlış məlumatlar verilib (“Fakt-Metr”in məqaləsinə baxın).
Covid-19-un yayılmasının qarşısının alınması üçün parça, yaxud tibbi maskadan istifadə etmək tövsiyə olunur. Bu tipli maskalar oksigen və karbon molekullarını saxlamır. Müvafiq olaraq, maska altında çox sayda karbon toplanmır və onun böyük qismi ilə nəfəs almalı olmuruq.

Son tibbi araşdırmalar təsdiq edir ki, maskadan istifadə etmək sağlamlıq üçün təhlükəsizdir. Amerikanın Torakalgiya Assosiasiyasının apardığı araşdırmaya görə, maska taxmaq narahatçılıq yarada bilər, ancaq ağciyərlərində ağır xəstəliyi olan adamlarda belə ağciyərdə oksigeni məhdudlaşdırmır. Maska taxan zaman narahatçılıq sifət sinirlərinin qıcıqlandırılması, alınan havanın isinməsi, yaxud klostrofobiya hallarında yaranır.
Pandemiya şəraitində maska taxmaq virusun yayılmasını dayandırmağın yeganə yoludur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, tibbi maska virusun yayılmasına mane ola bilər və eləcə də insanı yoluxmadan qoruya bilər.
Maska taxmaq sağlamlıq üçün təhlükəsizdir və məqalədə onun zərərli olması ilə bağlı deyilən fikirlər cəfəngiyyatdır!

İddia: Hər hansı diaqnozla baş vermiş ölüm halına koronavirusdan ölüm statusu verirlər
Hökm: saxta xəbər

Məqalənin müəllifinin iddiasına görə, koronavirusdan ölənlərin statistikası saxtalaşdırılıb və hər hansı diaqnozla dünyasını dəyişən xəstələrə koronavirusdan ölməsi ilə bağlı status verirlər.

Covid-19-a yoluxmuşların, yaxud ölənlərin statsitikasının saxtalaşdırılmasında heç bir tibbi müəssisə qeydə alınmayıb. Dünya Səhiyyə Təşkilatı nümayəndələrinin bəyanatına görə, Covid-19-dan dünyasını dəyişənlərin statistik göstəricilərinin süni şəkildə artırılması bir yana, hətta böyük ehtimalla pandemiyadan yaranmış insan itkisinin real miqyasından belə azdır. Koronavirusdan ölənlərin sayının saxtalaşdırılması ilə bağlı saxta xəbərlər indiyə kimi də yayımlanıb, bu barədə “Fakt-Metr”-in məqaləsindən oxuya bilərsiniz.

https://factcheck.ge/
Print Email
FaceBook Twitter Google