2 ay ərzində Gürcüstanda Covid-19-dan ölənlərin sayı 0,6%-dən 0,9%-ə qədər artıb
Ölkənin baş epidemioloqları və hökumət nümayəndələri ölüm hallarının azalmasından danışır.

Gürcüstanda koronavirus hallarının ciddi artması fonunda ölkənin baş epidemioloqları və hökumət nümayəndələri ölüm hallarının azalmasından danışır. Onların açıqlamasına görə, ölüm halları ilə bağlı göstəricilər pisləşməyib və Gürcüstan Covid-19-dan ölənlərin sayına (təsdiqlənmiş hallardan ölüm hallarına düşən faiz) görə, Avropada ən aşağı göstəriciləri olan ölkələrdəndir.

Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru və koronavirusla mübarizə kliniki qrupunun rəhbəri Tenqiz Tsertsvadze bildirib: “Yoluxmaların belə dramatik şəkildə artmasına baxmayaraq, Gürcüstanda Covid-19-dan ölüm halları Avropada ən aşağı göstəricilərdən biri kimi qalmaqdadır. Ən nüfuzlu təşkilatların (Ümumdünya Səhiyyə Təşkilatı, worldometers) rəsmi məlumatına görə, Gürcüstanda bütün təsdiqlənmiş hallar arasında ölüm göstəricisi 0,93%-dir. 3 və ya 4 ölkədə bizdən aşağı ölüm halları qeydə alınıb. Qeyd olunan nəticələr kliniki idarənin keyfiyyətindən xəbər verir. Ölüm hallarının faizi pisləşməyib. Bu isə düzgün idarəetməyə işarədir. Bir milyon əhaliyə görə ölüm hallarının göstəricisi pisləşib, ancaq dramatik olmasa da, Avropanın 49 ölkəsi arasında Gürcüstan 28-ci yerdədir. Bu deməkdir ki, 11 ölkənin Gürcüstandan daha yaxşı nəticəsi var.”

Səhiyyə naziri Ekaterine Tikaradze də ölüm hallarının azalmasından danışır, onun sözlərinə görə: “Gürcüstan bu gün virusun yayılmasının artım fazasındadır. Bizdə yayılma olduqca artıb, ancaq ölüm hallarının göstəricisi 0,9%-dir. Gürcüstan koronavirusdan ölüm hallarının aşağı nəticəsini saxlamaqdadır.”

Gürcüstanda Covid-19-dan ölüm halları, yəni ümumi təsdiqlənmiş hallardan ölənlərin faiz göstəricisi 0,9%-dir. Bu qlobal olaraq kifayət qədər aşağı nəticədir. Ancaq Gürcüstanda ölüm halları göstəricisinin pisləşməməsini iddia etmək yanlışdır. Oktyabr ayının başlanğıcında ölüm halları 0,6% idi, dekabr ayının başlağnğıcında isə ölənlərin sayı 0,9%-ə qədər artdı. Qeyd edək ki, ölkə virusun yayılmasının pik nöqtəsindədir və ölüm hallarının sayı arta bilər. Ölkə ölüm hallarının aşağı səviyyədə olmasını nə dərəcədə saxlaya bildi, bunu epidemioloji partlayışın növbəti mərhələsində qiymətləndirmək mümkün olacaq.

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi payızda başladı. Pandemiyanın birinci dalğası zamanı Gürcüstan epidemioloji baxımdan təhlükəsiz ölkələrin siyahısında idi. Oktyabrda isə qırmızı (həyəcan) zonaya çevrildi. Noyabr ayının sonunda isə 100 min nəfər əhaliyə görə Covid-19-a yeni yoluxma hallarında Gürcüstan dünyada birinci ölkə oldu. 8 dekabr tarixinə olan məlumatlara, ötən 1 həftənin nəticəsinə görə, 100 min nəfər əhalinin yoluxmasında Gürcüstan yenidən birinci yerdədir. Ötən bir həftə ərzində 100 min nəfərə düşən Covid-19-dan ölüm hallarında Gürcüstan dünyada 12-ci yeri tutur. Bu deməkdir ki, yalnız 11 ölkənin Gürcüstandan daha pis nəticəsi var. (Gürcüstanda epidemioloji vəziyyətin dəyişməsi ilə bağlı “Fakt-Metr”in məqaləsinə baxın).

Worldometers-ə əsasən Avropa regionu 48 ölkə və ərazi vahidliyini əhatə edir. Gürcüstanda olan epidemioloji vəziyyəti Avropa ölkələrinin göstəriciləri ilə müqayisə edin. Avropanın 49 ölkəsi və ərazi vahidliyi arasında Gürcüstan 1 milyon əhaliyə düşən yoluxmanın ümumi say nəticəsində 8-ci yeri tutur. 1 milyon əhaliyə düşən ölüm hallarında isə 27-ci yerdədir. Yəni 22 ölkənin Gürcüstandan daha aşağı göstəricisi var.

Təsdiqlənmiş Covid-19 hallarından ölüm faizi 0,9%-dir. Bu göstərici ilə Gürcüstan Avropanın 36 ölkəsindən və ərazi vahidliyindən daha yaxşı nəticəyə malikdir. Gürcüstana oxşar nəticəsi olan ölkələr Estoniya, Norveç, Slovakiya, Lüksemburq, Serbiyadır. Covid-19-dan ölüm hallarının ən aşağı göstəricisi olan ölkələr – İslandiya, Litva, Belorusiya, Monako, Cəbəllütariq. Vatikan və Farer adalarında isə Covid-19-dan ölüm halı qeydə alınmayıb.

Təsdiqlənmiş Covid-19 hallarından ölənlərin sayına görə Gürcüstan Avropa miqyasında ən aşağı nəticəyə malikdir. Ancaq faktdır ki, ötən 2 ay ərzində Gürcüstanda epidemioloji vəziyyət ciddi şəkildə pisləşib. Həmçinin, ölüm hallarının sayı da artdı. Müvafiq olaraq Gürcüstanın və başqa ölkələrin bu vəziyyətdən necə çıxmasını və epidemiyanın kliniki idarəolunmasını pandemiya başa çatdıqdan sonra qiymətləndirə biləcəyik.

Cədvəl 1: Avropa regionunda epidemioloji vəziyyət






წყარო: Worldometers; ავტორის გამოთვლები; 6 დეკემბრის სტატისტიკური მონაცემები
Print Email
FaceBook Twitter Google