Eelektrik enerjisinin tarifləri arta bilər
Cari ilin sonunda Gürcüstanın Energetika və Su Təchizatı Tənzimləyici Milli Komissiyasının elektrik enerjisinə üç illik tətbiq etdiyi tariflərin müddəti başa çatır.
Cari ilin sonunda Gürcüstan Energetika və Su Təchizatı Tənzimləyici Milli Komissiyası tərəfindən elektrik enerjisinə üç il müddətinə tətbiq edilmiş tariflərin (2017-ci ildə qəbul edilib) müddəti başa çatır və müvafiq olaraq yeni tariflər təyin olunmalıdır. Hazırda mövcud olan məlumatlara görə, elektrik enerjisini iki əsas şirkət paylayır: “Telas” və “Enerqo-Pro Georgia” və onların məişət istehlakçıları üçün qüvvədə olan tarifləri belədir:

Cədvəl 1: məişət istehlakçıları üçün tariflər, tetri/kvt/st (ƏDV daxil deyil)



Mənbə: Gürcüstanın Energetika və Su Təchizatı Tənzimləyici Milli Komissiyası


Gürcüstanın elektrik sistemi dörd komponentdən ibarətdir: elektrik enerjisinin istehsalı, ötürülməsi, idarəolunması və paylanması.
Bugünkü vəziyyətdə 63 su elektrik stansiyası və 3 istilik elektrik stansiyası elektrik enerjisinin istehsalını həyata keçirir. Elektrik enerjisini yüksək cərəyanla ötürən xətləri üç xidmət – “Gürcüstan Dövlət Elektrik Sistemi”, “Sakrusenerqo” və “Elektrotrans” təmin edir. Elektrik sisteminin ötürülmə ilə yanaşı idarəolunmasını da “Gürcüstan Dövlət Elektrik sistemləri” həyata keçirir və onun əsas funksiyası ölkənin elektrik sisteminin davamlı və düzgün işləməsidir. Elektrik enerjisinin paylanmasını üç şirkət – “Telas”, “Enerqo-Pro-Georgia” və “Kaxeti Enerji Distribusiyası” təmin edir. Onların hər biri müəyyən coğrafi arealda işləyir. “Telas” Gürcüstanın paytaxtında yarım milyon abunəçiyə xidmət göstərir. “Enerqo-Pro Georgia” Gürcüstanın regionlarında (Kaxetidən başqa) milyondan artıq abunəçini təmin edir. Kaxeti regionunda isə “Kaxeti Enerji Distribusiyası” xidmət göstərir.

Gürcüstanda elektrik enerjisinin verilməsinin əsas mənbəyi su elektrik stansiyalardır. Onların ümumi enerjidəki payı 79%-dən artıqdır, istilik stansiyalarının payı isə təxminən 20%-dir. Bu mərhələdə külək elektrik stansiyalarının payı isə çox azdır.
Cədvəl 2. Elektrik enerjisinin istehsalı, ixrac-idxal 2017-2020-ci illər (milyon kvt/st).

Mənbə: Statistika Xidməti







Cari ilin 7 ayı ərzində, ötən ilin analoji dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı azalıb (611.7 milyon kvt/st), idxal və ixrac isə artıb (müvafiq olaraq 139 və 10 milyon kvt/st). Elektrik enerjisindən istifadə soyuq mövsümlərdə artır. Daha konkret desək, qış dövründə elektrik enejisindən istifadə yay dövründən əhəmiyyətli dərəcədə artıq olur. Eyni zamanda elektrik enerjisinin istehsalının demək olar 80%-i su elektrik stansiyalarının öhdəsinə düşür. Təbii şəraiti nəzərə alaraq elektrik enerjisinin istehsalı qışda azalır və isti dövrdə, su resursunun artması ilə yanaşı artır. Müvafiq olaraq, ilin soyuq dövründə ölkədə elektrik enerjisi çatışmazlığı, yayda isə artım olur. Bradan irəli gələrək ölkə elektrik enerjisinin toplanması mümkün olmadığına görə isti dövrdə elektrik enerjisini satır (əsasən Türkiyəyə), soyuq dövrdə isə Azərbaycandan və Rusiyadan alır.

Qeyd etdiyimiz kimi, soyuq dövrdə (demək olar yarım il) Gürcüstanda elektrik enerjisi çatışmazlığı yaranır və bunun aradan qaldırılması idxal edilən enerji hesabına mümkün olur. İdxal edilmiş elektrik enerjisini almaq isə xarici valyuta ilə həyata keçirilir. Buradan irəli gələrək milli valyutanın dəyişkənliyi elektrik enerjisi tarifinin artmasını gündəliyə gətirə bilər.

“Fakt-Metr” bu mövzu ilə bağlı energetik Qia Arabidzedən müsahibə alıb. Onun fikrincə, elektrik enerjisinin qiymətində dəyişiklik ediləcəyi gözlənilir və onun ehtimalına görə, qiymət artacaq. Gürcüstan Energetika və Su Təchizatı Tənzimləyici Milli Komissiyası şirkətlərin marağını və abunəçilərin imkanlarını balanslaşdırmalıdır. Dövlət yəqin ki, həssas qruplar üçün elektrik enerjisi borclarını subsidiya etməli olacaq. O, hesab edir ki, tarifin artırılması şirkətlərə qarşı ədalətli olacaq, çünki onların xərcləri də artıb.

“Üç il əvvəl, qüvvədə olan tariflər təsdiqlənəndə idxal edilən elektrik enerjisinin qiyməti 12 tetri idi, indi isə demək olar 16 tetriyə qədər qalxıb, eləcə də elektrik enerjisindən istifadə artıb. Gürcüstan Energetika və Su Təchizatı Tənzimləyici Milli Komissiyası bu reallıqdan irəli gələrək mütləq tarifi dəyişməli olacaq”, – o, qeyd edib.

Koronavirus pandemiyasından irəli gələrək hökumət kommunal vergilərin subsidiyası ilə bağlı 3 aylıq proqramı artıq həyata keçirdi. Proqrama əsasən 200 kilovatdan az elektrik enerjisi və 200 kub metrdən az təbii qaz istifadə etmiş abunəçilərin 3 ay (mart, aprel, may) ərzində kommunal xidmət borclarını dövlət ödəyib (su ödənişləri və zibilin toplanması xidməti də daxil olmaqla). Hökumətin qərarı ilə kommunal xidmət ödənişlərinin subsidiya proqramı davam edir və əhalinin dörd ay ərzində (noyabrdan fevral ayı da daxil olmaqla) borcları yenidən ödəniləcək.

Elektrik enerjisi tariflərinin artması ehtimalı ictimaiyyət tərəfindən daim ağrılı şəkildə qəbul edilir. Digər tərəfdən elektrik enerjisinin istifadəsinin və idxal edilmiş enerji payının artırılması, buna əlavə olaraq larinin məzənnəsinin qeyri-stabilliyi, tarifin artırılmasına səbəb olur. Gürcüstan Energetika və Su Təchizatı Tənzimləyici Milli Komissiyasının qeyri-proporsional qərar qəbul edib-etməyəcəyi, yaranmış reallıqdan irəli gələrək elektrik enerjisi tarifini artırıb-artırmayacağı, yaxud tarifi aşağı vəziyyətdə saxlamağa çalışıb-çalışmayacağı ilin sonunda məlum olacaq.





Print Email
FaceBook Twitter Google