Kiçik və ailə mehmanxanalarının kredit faizinin subsidiyası proqramı çox uğurla aparılır və 2000-ə yaxın mehmanxana artıq bu fürsətdən yararlanıb
Hökm: “Fakt-Metr”in nəticəsinə əsasən Natia Turnavanın bəyanatı həqiqətdir


Xülasə: Koronavirus pandemiyası xüsusən turizm sahəsinə ziyan vurdu. Oktyabr ayına olan beynəlxalq turistlərin göstəricisi ötən ilin analoji dövründə olan göstəricilərlə müqayisədə 93,4% azalıb. Bu reallıqdan irəli gələrək turizm sahəsinə yardım göstərilməsinə xüsusi əhəmiyyət verilir. Böhrana qarşı plan çərçivəsində, turizm sahəsinə yardım etmək üçün məqsədli tədbirlər paketi hazırlanıb. İstiqamətlərdən biri illik dövriyyəsi 20 milyondan az olan mehmanxanalara yardım göstərməkdir. Hökumət 12 ay ərzində onların kreditinin 80%-ni subsidiya edəcək. Qeyd olunan proqramın büdcəsi 60 milyon laridir və təxminən 3000 mehmanxanaya dəstək göstəriləcək. Bu günə olan vəziyyətə görə qeyd olunan proqramdan artıq 2000-ə yaxın mehmanxana yararlanıb. Müvafiq olaraq İqtisadiyyat və Davamlı İnkişaf nazirinin bəyanatı doğrudur.
Eyni zamanda “Fakt-Metr” verilmiş proqramın məqsədyönlülüyü barədə müzakirəyə qoşulmur və analiz zamanı yalnız artıq qəbul edilmiş qərar çərçivəsində olan planın həyata keçirilməsi qismini nəzərə alır.

Analiz

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava böhrana qarşı plan çərçivəsində turizm sektorunda kreditlərin subsidiya edilməsi proqramından danışıb və qeyd edib ki: “Kiçik və ailə mehmanxanalarının kredit faizinin subsidiyası proqramı çox uğurla aparılır və artıq 2000-ə yaxın mehmanxana bu fürsətdən yararlanıb.
Pandemiyaya qədər olan dövrdə turizm iqtisadiyyatın sürətlə inkişaf edən sektorlarından biri idi. Onun ümumdaxili məhsuldakı qismi 11,5% təşkil edirdi. Sektorda işlə təmin olunanların sayı isə 150 min nəfərdən artıq idi (2019-cu ilin göstəricisi). Pandemiya nəticəsində ən çox məhz bu sektora ziyan dəydi. Müvafiq olaraq, hökumət tərəfindən turizmə dəstək üçün məqsədli tədbirlər paketi hazırlandı, konkret olaraq:

• Turizm sənayesi subyektləri 2020-ci ildə əmlak vergisindən tamamilə azad olunurlar, gəlir vergisi isə ilin sonuna qədər təxirə salınacaq. Bunun üçün ümumilikdə 135 milyon lari nəzərdə tutulub;
• Hökumət illik dövriyyəsi 20 milyondan az olan mehmanxana sahibləri üçün 6 ay ərzində kredit faizinin 80%-ni subsidiya edəcək. Qeyd olunan proqramın büdcəsi 60 milyon laridir və təxminən 3000 mehmanxanaya yardım göstəriləcək;
• Qida obyektləri kredit-hesabat sxeminə qoşulacaq və bu onlara likvidliklə bağlı problemlərin həllinə kömək edəcək və əməliyyat xərclərini maliyyələşdirəcək;
• Hökumət turizm şirkətləri/tur operatorlar üçün bank zəmanəti faizinin 6 ay ərzində subsidiya edilməsini həyata keçirəcək;
• Hökumət eləcə də bələdçi və başqa peşəkar turizm xidmətlərinin sürətlə bərpa edilməsini təmin etmək üçün xüsusi tədbirlər həyata keçirəcək. Gürcüstan hökuməti turizm sərgilərində qarşılıqlı iştirak etmək üçün vəsaitin subsidiyasını həyata keçirəcək. Turizm şirkətlərinə və bələdçilərə dəstək üçün 5 milyon lari ayrılıb.

Yuxarıda qeyd olunan tədbirlərin ümumi büdcəsi 200 milyon lari təşkil edir.

Qeyd etdiyimiz kimi hökumət kiçik və orta tipli mehmanxanaların kreditinin qarşılıqlı maliyyələşdirilməsi üçün 60 milyon lari ayırıb və proqramdan ümumilikdə 3000 mehmanxana faydalanacaq. İlk əvvəl kreditin subsidiyası 6 ay ərzində müəyyən edilmişdisə, sonradan qərar verildi ki, 2020-ci ilin 1 mart tarixindən etibarən növbəti 12 ay ərzində sahibkar subyektlər üçün kreditə əlavə olunmuş illik gəlirin qarşılıqlı maliyyələşdirilməsi həyata keçiriləcək.

“Gürcüstanda istehsal et” agentliyinin məlumatına görə, avqust ayının sonunda kiçik və orta mehmanxana sənayesinə dəstək üçün iki mərhələ elan edilmişdi. Birinci mərhələ çərçivəsində 612, ikinci mərhələdə isə 295 biznes subyekt yardımdan faydalanıb. Hər iki mərhələ çərçivəsində kreditin qarşılıqlı maliyyələşdirilməsi proqramına ümumilikdə 907 mehmanxana qoşulub və qarşılıqlı maliyyələşdirmə məbləği 10,7 milyon lari təşkil edib. “Gürcüstanda istehsal et” agentliyinin məlumatına görə, bu günə olan vəziyyətə əsasən kreditin qarşılıqlı maliyyələşdirilməsindən artıq 2000-ə yaxın mehmanxana subyekti yararlanıb. Eləcə də qeyd edək ki, 13 noyabr tarixində qeyd olunan proqramın dördüncü mərhələsi elan edilib və proqrama qoşulmaq üçün 22 noyabr tarixində qədər ərizə qəbulu davam edəcək.

Koronavirus pandemiyası turizm sahəsinə xüsusi ziyan vurdu. Oktyabr ayına olan göstəricilərə görə beynəlxalq turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 93,4% azalıb. Cari ildə yay fəslində kurort mövsümü demək olar ki, baş tutmadı. Qış mövsümü üçün qış kurortları hazırdır, ancaq mehmanxana sahiblərinin dediyinə görə, hələ ki, sifarişlər 97% azalıb. Yerli turistlər isə bu günə qədər də yoxdur. Bu reallıqdan irəli gələrək turizm sahəsinə yardım göstərməyə xüsusi əhəmiyyət verilir.
Bütün bunlardan irəli gələrək İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın bəyanatı doğrudur.


Print Email
FaceBook Twitter Google