Dezinformasiya: koronavirusa qarşı peyvənd zərərli olacaq
Hökm: Saxta xəbər
Xülasə: “Obyektiv” telekanalının “Gecə efiri”
verlişində aparıcı və dəvət olunmuş qonaqlar tərəfindən
koronavirusla, peyvəndlərlə bağlı çox sayda yanlış məlumat və
konspirasiya nəzəriyyəsi yayımlanıb. Əsassız və saxta ittihamlar bu
məsələlərlə bağlıdır: Koronavirusa qarşı “Oxford”-un yaratdığı
peyvənd genetik olaraq dəyişdirilib və insanın genetik məlumatının
dəyişdirilməsi məqsədi daşıyır; Bill Qeyts əhalinin sayının 7-9
milyard azaldılmasını planlaşdırır; Qrip peyvəndi fırıldaqçılıqdır;
Assosiasiya müqaviləsinə əsasən əgər valideyn uşağını peyvənd
etdirmirsə, uşağı ondan alırlar; hər bir ittiham əsassızdır və
konspirasiya nəzəriyyəsidir.
Analiz:
Sosial şəbəkədə “Obyektiv” telekanalının efirində yayımlanmış
verilişdə “Nodar Qoqebaşvili – professor, akademik, immunoloji
araşdırmalar üzrə tanınmış tədqiqatçı yeni “korona peyvəndinin”
bizə hansı ziyanı vura biləcəyini ətraflı şəkildə izah edir”
başlığı ilə video paylaşılıb. Videoda digər saxta xəbərlər və
yanlış məlumatlar da var. Bunu aşağıda müzakirə edəcəyik.
İddia: “Oxford”-un koronavirusa qarşı yaratdığı peyvəndin
geni dəyişdirilib və insanın genetik məlumatının dəyişdirilməsi
məqsədi daşıyır
Hökm: “Fakt-Metr”-in araşdırmasına görə, qeyd olunan məlumat saxta
xəbərdir.
Covid-19-a qarşı peyvəndlə bağlı dəfələrlə yanlış məlumat
yayımlanıb. Onlar arasında peyvəndin insanın genetik kodunu
dəyişməsi barədə iddia da var.
Güman ki, peyvəndin insan genetikasını dəyişmək üçün nəzərdə
tutulmasını iddia etmək, peyvənd tiplərindən biri, DNT peyvəndi ilə
əlaqədardır. Ümumiyyətlə, bütün tip peyvəndlərin ümumi funksiyası
orqanizmdə yad cisimlər yaratmaqdır. DNT peyvəndi virusun genetik
kodunun kiçik hissəsinin (DNT və RNT) immun cavabının
stimullaşdırılması üçün virusa yoluxmamış xəstəyə vurulmasını
nəzərdə tutur.
Korneli Universitetinin Elmi Alyans Qrupunun dəvət olunmuş
tədqiqatçısı Mark Linas peyvənd və genetik dəyişiklik barədə
“Reuters”-lə söhbəti zamanı bildirib. Onun sözlərinə görə, heç bir
peyvəndin, eləcə də DNT peyvəndinin insan orqanizminin hüceyrə
nüvəsi ilə əlaqəsi yoxdur və müvafiq olaraq, onda dəyişiklik də
yaratmır. Genetik dəyişiklik zamanı isə yad DNT hüceyrə nüvəsinə
daxil edilir. Peyvəndlər isə bu prinsiplə təsir göstərmirlər.
Müvafiq olaraq, onun insan orqanizminə daxil edilməsi insanın
genetik koduna təsir göstərə və ən əsası dəyişə bilməz.
Çin alimləri yeni koronavirusun genomunu yayımlayanda, Oxford
Universitetinin araşdırmaçıları Covid-19-a qarşı peyvənd üzərində
ilk dəfə 2020-ci ilin 10 yanvar tarixində işləməyə başlayıblar.
Oxford peyvəndinin hazırlanması üçün şimpanze adenovirusu
peyvəndinin texnologiyasından istifadə olunub. Peyvənd vurulması
zamanı insanın bədəninə qripin zəifləmiş, fəal olmayan, zərərsiz
patogen orqanizmini – virusu yeridirlər. Bu isə insan orqanizmində
immunitetin yaranmasına dəstək olur. Peyvənd immun sistemi özünü
müdafiəyə qaldırır, bu antitellərin yaranması ilə özünü göstərir.
İnsan bədəninə düşmüş peyvənd immunitetin yaranmasına sərf olunan
genetik koddan səciyyəvi zülal hazırlamaq üçün istifadə edir. Əgər
koronavirus mikrobu yenidən bədənə düşərsə, immun sistem ona qarşı
mübarizəyə artıq hazır olur.
Yuxarıda qeyd olunanlardan irəli gələrək, koronavirus
peyvəndinin insanın genetik kodunu dəyişə biləcəyi iddiası
səhvdir.
Qlobal Peyvənd Alyansının məlumatına görə, heyvanlar üzərində
peyvəndin yoxlanmasından uğurlu nəticə əldə etdikdən sonra, ondan
insanlar üzərində istifadə etməyə başlayıblar. Kliniki araşdırmanın
birinci/ikinci fazası 23 aprel tarixində başlayıb. Tədqiqatın
nəticələri göstərəndə ki, peyvəndin qeyd olunan variantı hər hansı
nəzərə alınmamış reaksiya vermir, araşdırma prosesi Böyük
Britaniyada 28 may tarixində ikinci/üçüncü fazaya keçdi. Onun orta
təsirliliyi hələ ki, təxminən 70%-dir. Ehtimal olunur ki, qeyd
olunan peyvənd 90%-lik təsirə çatacaq, ancaq hazırda müvafiq
dozanın əhalidə yoxlanması prosesi aparılır.
İddia: Bill Qeyts öz peyvəndi ilə əhalinin 7-9 milyard
azaldılmasını planlaşdırır.
Hökm: “Fakt-Metr”-in araşdırmasına görə, qeyd olunan məlumat saxta
xəbərdir.
Bill Qeytslə bağlı sosial şəbəkədə çox sayda saxta xəbər
yayımlandı. Guya Bill Qeytsin peyvəndlə dünya əhalisinin
azaldılması məqsədini güdməsi iddiası “The Sovereign Independet”
qəzetinin 2011-ci ilin iyun ayı nəşrinin birinci səhifəsini
yayımladıqdan sonra yarandı. Üz qabığındakı „The Zero Carbon
Solution!“ yazısı Bill Qeytsin karbon dioksid tullantılarını sıfır
səviyyəyə endirməklə bağlı planını nəzərdə tutur. Qeyts həmin
planda 2011-ci ilin fevralında TED konfransda çıxışı zaman danışıb.
O, 30 dəqiqəlik çıxışının giriş hissəsində bildirib ki, baxmayaraq
peyvəndin hazırlanması və verilməsi Afrika kimi kasıb əhali üçün
həyatı əhəmiyyət daşıyır, qeyd olunan qrup üçün iqlim
dəyişikliklərindən yaranan problemlər heç də ondan az əhəmiyyət
daşımır. Onlar üçün iqlimin dəyişməsi müvafiq qida məhsullarının
yox olması və aclıqdan yaranmış ölüm halları deməkdir.
Bill Qeyts karbon dioksid tullantılarının səviyyəsinin dünyada
hansı əsas amillər müəyyən etdiyini izah edib. Həmin amillər: 1.
Yer kürəsində əhalinin sayı; 2. Orta hesabla bütün həyatı boyunca
bir adama lazım olan müxtəlif növ xidmətlərin vahidliyi; 3.
Xidmətlər üçün sərf olunan enerjinin miqdarı; 4. Həmin xərclənmiş
enerjidə karbon dioksidin tərkibi. Qeyts hesab edir ki, həmin 4
amilin miqdarının yavaş-yavaş azaldılması yekunda yer kürəsində
karbon dioksidin səviyyəsi və iqlim dəyişikliyindən yaranacaq
problemlərin yüngülləşdirilməsinin ilkin şərti olacaq. Məhz bu
kontekstdən irəli gələrək o, sonrakı sözləri deyir: “Bu gün dünya
əhalisi 6,8 milyard təşkil edir. Bu say 9 milyarda qədər artacaq.
Əgər biz yeni peyvəndin hazırlanması və reproduktiv səhiyyə
xidmətlərinin yaxşılaşdırılması baxımından fəaliyyətimizi
gücləndirsək, əhalinin artımını 10-15 faiz azaldarıq.”
Bu bəyanatda Bill Qeyts əhalinin sayının azaldılmasını deyil,
əhalinin artım tempini tənzimləməyi nəzərdə tutur. Bu isə peyvəndin
hazırlanması və dolğun səhiyyə sisteminin yaradılması ilə mümkün
olacaq. Məlum olduğu kimi inkişaf etməkdə olan ölkələrdə
çoxuşaqlılıq çox sayda fəhləyə ehtiyac duyulması və inkişaf etməmiş
səhiyyə şəraiti ilə də izah olunur.
İnkişaf etməkdə olan ölkələrdə səhiyyə sistemi əlçatan deyil,
uşaqlara peyvənd vurulmadığına görə ölüm halları tez-tez baş verir.
Bu isə ailələrdə çoxuşaqlılığa da səbəb olur. Bill Qeytsin
sözlərinə görə, peyvəndlərin düşünülməsi və həssas qruplara
verilməsi çox sayda uşağın həyatını xilas edəcək. Bu valideynlər
üçün iqtisadi və səhiyyə problemlərinə görə çoxuşaqlılıq ehtiyacı
yaratmayacaq.
Müvafiq olaraq, Bill Qeytsin məqsədinin məcburi peyvəndlə əhalinin
azaldılması olduğunu iddia etmək həqiqətə uyğun deyil. Həqiqətdə
isə Qeyts peyvəndlərin vaxtında düşünülməsinin vacib olduğunu
diqqətə yetirir. Bu öz növbəsində inkişaf etməkdə olan ölkələrdə
əhalinin həddən artıq artmasının səbəblərini həll edəcək.
İddia: Qrip peyvəndi fırıldaqçılıqdır, bunu Donald Tramp da
təsdiqləyib.
Hökm: “Fakt-Metr”in araşdırmasına görə, qeyd olunan məlumat saxta
xəbərdir.
Donald Tramp “Washington Examiner” nəşriyyatı ilə müsahibəsində
qrip peyvəndi ilə bağlı etirazını bildirib. Ancaq bu Trampın qrip
peyvəndinə olan ehtiyacı şübhə altında qoyduğu ilk hal deyildi. O,
bildirirdi ki, ətrafında qripdən ölən adam tanımır.
Həqiqətdə, CDC-in ilkin qiymətləndirməsinə görə, ABŞ-da
2019-2020-ci il qrip mövsümündə 39 milyondan 56 milyona qədər
adamda qrip virusu var idi. Ölüm göstəricisi 24 mindən 62 minə
qədər idi. 2010-cu ildən ABŞ-da hər il 9 milyondan 45 milyona qədər
adam qripə yoluxurdu. Bu hallardan hər il 12 mindən 61 minə qədəri
ölümlə nəticələnirdi.
CDC-dən bildirildiyinə görə, qrip peyvəndi ABŞ-da hər il on
minlərlə adamın xəstəxanalara yerləşdirilməsi halını aradan
qaldırır. Peyvəndin vurulmasının çox az riski (əks təsirlər iynənin
yerində ağrı, qızartı, ya da şişmədən ibarətdir. Yüngül baş ağrısı,
əzələ ağrısı və yorğunluq ola bilər) və əhəmiyyətli dərəcədə xeyri
var. Araşdırmalar göstərir ki, qrip mövsümündə peyvəndin vurulması
ABŞ-ın ümumi əhalisində yoluxma riskini 40%-dən 60%-ə qədər
azaldır.
Kaiser Permanente Washington Health Research Institute-nin
veb-səhifəsində məqalə yayımlanıb – “qrip peyvəndi barədə 10 mif”.
Onlar arasında guya qrip peyvəndinin insanı qripə yoluxdurması kimi
yanlış fikirlər var; Qrip peyvəndi zərərli dərmanlardan ibarətdir
və bu qripdən daha pis yan təsirlər göstərir. Onuncu mif məhz
Donald Trampın şərhi ilə bağlıdır. O, bildirib ki, heç vaxt qripə
yoluxmayıb və ona görə də peyvəndə ehtiyac yoxdur. Sağlamlıq üzrə
ekspertlər bildirirlər ki, koronavirus pandemiyası zamanı qrip
peyvəndi xüsusilə vacibdir ki, səhiyyə sistemi hər iki virusla
mübarizədə yüklənməsin.
Qeyd olunan fikri gürcü epidemioloqları da paylaşır. Xəstəliklərə
Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze risk qrupa
daxil olan adamları qripə qarşı peyvənd vurdurmağa çağırır. Onun
bildirdiyinə görə, əhalinin vaxtında qripə qarşı peyvənd
vurdurmasının böyük əhəmiyyəti var. Onun müdafiəsi 60-75%-
çərçivəsindədir. Eləcə də nəzərə alınıb ki, koronavirusdan fərqli
olaraq artıq qripin müalicəsi üçün dərman var. Müvafiq olaraq
koronavirus şəraitində tövsiyə olunan tədbirlərlə yanaşı qripə
qarşı peyvənd də tövsiyələrdən biridir.
Bunların hamısını nəzərə almaqla qripə qarşı peyvəndin
fırıldaqçılıq olduğunu iddia etmək yanlış və əsassızdır.
Donald Tramp nəinki koronavirusa qarşı çıxır, hətta onu
dəstəkləyənlərdən biridir və dərhal yayılmasının tərəfdarıdır.
Ancaq Tramp peyvəndin vurulmasının ictimai məcburiyyət olmasını
planlaşdırmırdı, heç yeni seçilmiş Prezident Co Bayden də bunu
anons etmir.
İddia: Avropa İttifaqı ilə Assosiasiya müqaviləsinə əsasən
əgər valideyn övladına peyvənd vurdurmursa, uşağı ondan
alırlar.
Hökm: “Fakt-Metr”-in araşdırmasına görə, qeyd olunan məlumat saxta
xəbərdir.
Avropa İttifaqının hər bir ölkəsi immunizasiya proqramını özü
müəyyən edir (məcburi, ya könüllü). Onların əksəriyyəti qeyd olunan
proqramı məcburi deyil tövsiyə xarakteri ilə həyata keçirir. Milli
hökumətlər belə faktorları nəzərə alırlar: səhiyyə sistemləri,
qanunvericilik çərçivələri və mədəni normalar.
Avropa İttifaqının 12 ölkəsində müəyyən xəstəliklərə qarşı uşaqlara
peyvənd vurulması məcburidir, ancaq onların hər birində peyvəndlər
müxtəlifdir.
Avropa İttifaqı ilə Assosiasiya müqaviləsinin heç bir bəndində əgər
valideyn övladına peyvənd vurdurmazsa, uşağı ondan alırlar yazısına
rast gəlmirik. Bu kimi yanlış məlumatlar Avropa İttifaqına qarşı
istiqamətlənmiş əsas narrativlərdən biridir. “Uşaq hüquqları
məcəlləsinə” əsasən kasıblığa görə ailələrdən uşaqları alırlar,
qulaq çəkməyə görə valideynlərin hüququ əlindən alınır və s. kimi
mövzularla bağlı saxta xəbərlər yayılır.
Bu şəraiti nəzərə alaraq “Avropa İttifaqı ilə Assosiasiya
müqaviləsinə əsasən əgər valideyn övladına peyvənd vurdurmazsa,
valideyn hüququndan məhrum edirlər” iddiası yanlış məlumatdır və
əsassızdır.