Hökm: Faktlarla manipulyasiya
Analiz:
13 noyabr 2020-ci il tarixində İntermedia.ge veb-səhifəsində–
“əksəriyyət tibbi maskanı səhv taxır” başlığı ilə məqalə
paylaşıldı. Məqalədə maskanın rəngli və ağ tərəfi müzakirə
olunub.
İntermedia.ge-nin məqaləsində oxuyuruq: “
Belə ki, yadda
saxlayın!!! Əgər xəstələnərsinizsə və başqasının da
yoluxmasını istəmirsinizsə, maskanın ağ tərəfini ağzınıza doğru
taxmalısınız. Amma əgər sağlamsınızsa, virusdan daha səmərəli
qorunmaq üçün maskanı əks tərəfinə taxmalısınız – sağlam adamın
tibbi maskası vizual olaraq mavi, yaşıl ya başqa rəng deyil ağ rəng
olmalıdır!!!”
Qeyd olunan məsələ pandemiya dövründə manipulyasiya mövzusuna
çevrilib. Maskanın tərəflərinin düzgün taxılması və onun necə
çıxarılmasının böyük əhəmiyyəti var. Ancaq sağlam adamın tibbi
maskanın rəngli tərəfini özünə və ağ tərəfini çölə tərəf taxmasını
iddia etmək həqiqətə uyğun deyil.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Yoluxucu Xəstəliklər
Departamentinin rəhbəri Xatuna Zaxaşvili ictimaiyyətdə yayılmış
fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, hamı tibbi
maskanı eyni qaydada – rəngli tərəfi çölə, nisbətən açıq, yaxud ağ
rəngli olan tərəfi üzə doğru taxmalıdır.
O, maskanın rəngli və ağ hissələrinin əhəmiyyətindən ətraflı
danışıb. Zaxaşvilinin sözlərinə görə, maskanın rəngli tərəfi elə
materialdan hazırlanıb ki, o yoluxmuş adamın ötürdüyü damcıların
digər adamın tənəffüs sisteminə düşməsinin qarşısını maksimum
dərəcədə alır. Ağ tərəfi isə suyu daha çox özünə çəkən
təbəqədir.
Adamın ötürdüyü damcıları maksimum dərəcədə saxlamağa çalışır.
Müvafiq olaraq yoluxmuş adam olsa və bu haqda bilməsə də, həmin
təbəqə virus daşıyan hissəciklərin daha az yayılmasına səbəb olur.
Buradan irəli gələrək Xatuna Zaxaşvilinin sözlərinə görə, hamı
tibbi maskanı eyni qaydada – rəngli tərəfini çölə, nisbətən ağ
tərəfini isə üzə doğru taxmalıdır.

Dünya Səhiyyə Təşkilatının Yoluxucu Xəstəliklər Epidemiologiya və
Nəzarət Mərkəzinin həmrəhbəri Seto Vinq Honq da bu kimi məlumat
yayımlamışdı. Onun sözlərinə görə, də maskanın hər iki tərəfinin
xüsusi funksiyası var və ondan düzgün istifadə etmək mütləqdir.
Honqun sözlərinə görə, maskanın rəngli tərəfi (mavi) su keçirmir,
ağ tərəfi isə suyu özünə çəkir. Ona görə də adam öskürən zaman məhz
ağ tərəfi suyu özünə çəkir. Müvafiq olaraq maskanın ağ tərəfi
həmişə içəridə, rəngli tərəfi isə çöldə olmalıdır.
Faktların araşdırılmasını həyata keçirən “Fullfact” platformasının
yazdığına görə, tibbi maskaların rəngli tərəfi əsasən çöldə
olmalıdır. Ancaq həmişə, istehsalçının maska ilə bərabər verilmiş
təlimatını oxumağımız vacibdir.
Səhiyyə institutları da maskanın rəngli tərəfini çölə doğru
taxmağımızı tövsiyə edir. Səhiyyə təşkilatının tibbi maskanı düzgün
necə taxmağımızla bağlı inforqarfikasında deyilir: “Əmin olun ki,
rəngli tərəf çöldə olmalıdır.”
Müvafiq olaraq, xəstələr və sağlam adamlar üçün eyni qaydada, tibbi
maskanın ağ tərəfini üzümüzə tərəf, rəngli tərəfini isə çölə tərəf
taxmağımız məcburidir.