Təcriddən təcridə – epidemioloji baxımdan təhlükəsiz ölkədən virusun yayılma zonasına necə çevrildik
Son bir həftənin göstəricilərinə əsasən orta hesabla gündəlik 4 min virusa yoluxma halı qeydə alınır.

Gürcüstanda epidemioloji vəziyyət ağırdır və səhiyyə sektoru epidemiyanı idarə etməkdə çox çətinlik çəkir. Son bir həftənin göstəricilərinə görə, orta hesabla gündəlik 4 min yoluxma qeydə alınıb. Epidemioloqların açıqlamalarına görə, real olaraq bu rəqəm olduqca yüksəkdir və gün ərzində Covid-19-a 10 minə yaxın adam yoluxur. Həmçinin, ölənlərin sayı da ciddi şəkildə artıb. Gündəlik orta hesabla Covid-19-dan 40-a yaxın xəstə dünyasını dəyişir. Yaz-yay dövründə Covid-19-dan tək-tük ölüm halları qeydə alınırdı.

Pandemiyanın ilk mərhələsində, yaz-yay dövründə Gürcüstan Avropa miqyasında virusun yayılması ilə bağlı ən aşağı göstəriciyə malik idisə, payızda vəziyyət dəyişdi və ölkə qırmızı zonaya çevrildi. 22 noyabr tarixinə olan məlumata görə, son həftə ərzində 100 min nəfərə görə (1) yoluxma sayı ilə Gürcüstan dünyada birinci yerdə qərarlaşıb. Yeni yoluxmalara görə, vəziyyət indi də eynidir.

3 dekabr tarixinə olan məlumata görə, payızda real olaraq virus partlayışı baş vermiş Gürcüstan, pandemiya dövründə 1 milyon əhaliyə görə yeni koronavirusun təsdiqlənməsi hallarının ümumi sayı ilə dünyada 17-ci yeri tutur. Ölüm halları göstəricisinə görə nisbətən yaxşı statistika mövcuddur. 1 milyon nəfərə (2) 348 ölüm halı qeyd alınıb. Bu göstərici ilə ölkə 45-ci yerdədir.

Qeyd etmək lazımdır ki, yoluxmuş xəstələrin üçdə birindən artığı evdə müalicə olunur, yaxud covid mehmanxanalara gedir. 3 dekabr tarixinə olan məlumatlara görə, hazırda ölkədə yeni koronavirusdan müalicə olunanların sayı 21 655-dir, buradan yalnız 6 561 şəxs stasionar müşahidə altındadır.
“Fakt-Metr” qeyd olunan məqalədə Gürcüstanın kritik ağır epidemioloji vəziyyətə necə düşdüyünü və hansı səhvlərə yol verildiyini müzakirə edəcək.
2 ay müddətinə bağlanmış ölkə, yəni epidemiyanı durdurmağı necə bacardıq

Koronavirusun yayılmasının ilk mərhələsində Gürcüstan hökuməti virusun yayılmasını dayandırmağa yönəlmişdi və virusun qarşısının alınması üçün aqressiv tədbirlər görürdü. 11 mart tarixində Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun (Covid-19) yayılmasını pandemiya elan etdi. Virusun yayılmasının ilk mərhələsində Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə üçün ölkələri təxirəsalınmaz və aqressiv hərəkətlərə çağırdı. 17 mart tarixində Avropa İttifaqı koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə xarici sərhədlərin bağlanması barədə qərar qəbul etdi. Virusu dayandırmaq üçün çox ölkələr ciddi məhdudiyyətlərə müraciət etdi və fövqəladə vəziyyət də elan edildi (bu baxımdan İsveçrə istisna idi). İlkin mərhələdə bu addım haqlı idi, çünki yeni koronavirus barədə məlumat az idi. Ölkələrə vaxt qazanmaq lazım idi ki, qazanılmış bilikdən pandemiyanın daha yaxşı idarə olunması üçün istifadə etsinlər.
Avropa ölkələri ilə müqayisədə virusun yayılmasının ilk mərhələsində Gürcüstanda 1 milyon nəfərə düşən Covid-19-a yoluxma və ölüm halları ilə bağlı ən aşağı göstərici qeydə alınırdı. Bu virusun Gürcüstanda nisbətən gec qeydə alınması və Gürcüstanın hələ ilkin mərhələdə tədbirləri ciddiləşdirməsi ilə izah olunur. Belə ki, əgər başqa ölkələr epidemiya partlayışından sonra ciddi ölçülər götürmüşdülərsə və fövqəladə vəziyyət elan emişdilərsə, Gürcüstan virus yayılana qədər artıq bağlanmışdı.
Ölkədə ilk yoluxma halı təsdiqlənənə qədər, 28 yanvar tarixində koronavirusla bağlı hökumətin Qurumlararası Koordinasiya Şurası yaradıldı. Şura hökumət üzvləri, Parlament üzvləri, Gürcüstan Prezident Administrasiyası və tibb sahəsinin nümayəndələrindən ibarətdir. 29 yanvar tarixində Çindən uçuşlar dayandırıldı. 23 fevral tarixində isə Gürcüstan İranla uçuşları məhdudlaşdırdı.

Gürcüstanda Covid-19-a ilk yoluxma halı 2020-ci ilin 26 fevral tarixində qeydə alınıb.
Covid-19 Azərbaycan ərazisindən keçməklə İrandan Gürcüstana gələn vətəndaşda təsdiqlənib. Qeyd olunan vətəndaşı elə sərhəddən Yoluxucu Xəstəliklər Xəstəxanasına aparıblar. Gürcüstanda virusun növbəti yayılması əsasən İtaliyaya səyahətlə əlaqədardır.
1 mart tarixində məktəblərdə, uşaq bağçalarında və universitetlərdə tədris prosesi dayandırıldı. Əhalinin iştirak etdiyi tədbirlərin ləğv edilməsi barədə tövsiyə verildi. Həmin vaxt ölkədə yeni koronavirusa 3 yoluxma qeydə alınmışdı. 6 mart tarixindən koronavirusun çox yayıldığı ölkələrdən gəlmiş şəxslərin sərhəddə yoxlanılmasından sonra 14 günlük məcburi karantin, yaxud özünütəcrid tətbiq olundu. Yeni koronavirus pandemiyasının elan edilməsindən sonra, 12 mart tarixindən ictimai və özəl xidmətlər distant iş rejiminə keçdi. Tədbirlər mərhələli şəkildə ciddiləşdirildi. Gürcüstan prezidentinin 2020-ci ilin 21 mart tarixində verdiyi dekret əsasında fövqəladə vəziyyət elan edildi. Həmin vaxt ölkədə 49 nəfərdə koronavirus aşkarlanmışdı. 21 aprel tarixində, baxmayaraq ki, ölkədə epidemioloji vəziyyət nisbətən stabil idi, fövqəladə vəziyyət 22 may tarixinə qədər uzadıldı. Ümumi karantin dövründə ölkədə iqtisadi fəallıq demək olar ki, dayandırılmışdı.

Gürcüstan hakimiyyət nümayəndələrinin dəfələrlə iqtisadiyyat və yoluxmanın yayılmasını məhdudlaşdıracaq hərəkətlər arasında balansın qorunması ilə bağlı çıxışına baxmayaraq, qəbul olunan qərarlardan görünürdü ki, prioritet hər hansı iqtisadi dəyər hesabına olsa da, epidemiyanın miqyasını minimuma endirmək idi. Ciddi tənzimləmələr şəraitində isə müəyyən hədd var və onu aşmağın iqtisadi dəyəri, əldə olunmuş əlavə müsbət epidemioloji nəticədən olduqca yüksəkdir. Hakimiyyət yüksək risk daşımayan iqtisadi fəalliyyətləri da qadağan etdi. Buna nümunə olaraq qeyri-ərzaq məhsullarının onlayn satışını göstərmək olar. Baxmayaraq ki, bu formada satış zamanı virusun yayılma riski minimumdur və bu işləməyin qismən qoruyub-saxlamaq olardı. Bu istiqamətdə qəbul edilmiş əlavə ciddi tənzimləmələr iqtisadi fəalliyyətləri da dayandırdı. Sentyabr ayından epidemioloji vəziyyət yenidən pisləşdi və məhdudiyyətlərin ciddiləşdirilməsinin zəruriliyi gündəliyə çıxdı. Ancaq pandemiyanın ilkin mərhələsində iqtisadiyyata dəymiş ziyan şəraitində, analoji ciddi məhdudiyyətlərin yenidən tətbiq edilməsi ciddi iqtisadi risk deməkdir.

Yaşıl zona və yay fəslinin “özündənrazılığı”
Bütün yay ərzində Gürcüstan epidemioloji baxımdan yaşıl zona idi. Yayda məhdudiyyətlər praktiki olaraq götürüldü və bu əhalinin bir yerə toplanacağı tədbirlərə səbəb oldu. Sərhədlərin bağlı olmasından irəli gələrək daxili turizmə üstünlük verildi. Hökumət müəyyən qədər rahatlaşdı və özündənrazılığa qapıldı, daha da irəli gedərək bəzi hallarda özü də tövsiyələri pozurdu. Baş nazir Qiorqi Qaxaria Kivkidze parkının açılışında bildirdi ki, “özümüzün iki yüz adamın toplanması ilə bağlı qəbul etdiyimiz tövsiyələri biz də pozuruq, Tbilisililər bizi bağışlayar”. Yayda, 15 iyul tarixində Dendroloji parkın da açılışı oldu. Açılış günündən parkda əhali sıxlığı hiss olunurdu və növbələr var idi. Epidemioloji təhlükəsizlik baxımından qaydalara riayət olunmurdu, ancaq buna reaksiya göstərilmədi.

Avropa İttifaqı Gürcüstanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil etdi və 1 iyul tarixindən Avropa İttifaqı ölkələrinin bir qismi Gürcüstana sərhədi şərtsiz açdı. Buna baxmayaraq hökumət davamlı uçuşlara tətbiq edilmiş məhdudiyyəti saxladı, ancaq ölkə daxili vəziyyət demək olar ki, diqqətsiz qalmışdı. 1 avqust tarixindən Gürcüstan Avropa İttifaqının 5 ölkəsi ilə uçuşları bərpa etdi. Ancaq müəyyən tənzimləmələr yenə tətbiq olundu. Qeyd edək ki, həmin tənzimləmələrə görə, xarici ölkə vətəndaşları heç bir ilkin şərt olmadan (karantin, özünüətcrid və kovid analizlə bağlı arayış) Gürcüstana girə bilərdilər. Ancaq həmin ölkədlərdən gəlmiş Gürcüstan vətəndaşları 14 günlük karantindən keçməli olurdular.

Ümumdünya Səhiyyə Təşkilatı sentyabr ayından virusun yayılmasının ikinci dalğasını anons edirdi. Analoji olaraq Gürcüstanda epidmeioloqlar da hələ yay fəslindən payızda virusun yeni dağlasının olacağını güman edirdilər. 15 iyun tarixində Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tenqiz Tsertsvadze bildirirdi ki, yayda virusun yayılması zəifləyəcək və oktyabr-noyabrda ikinci dalğa olacaq. Payızda tənəffüs çatışmazlığı xəstəliklərinin artması virusun epidemioloji partlayışının gözlənildiyini göstərirdi. Buna yay mövsümündə məhdudiyyətlərin demək olar ki, heç qüvvədə olmaması və ölkədə daxili turizmə üstünlük verilməsi də əlavə olundu.

Pandemiya ilə mübarizənin səhiyyə sektoru tərəfindən təklif edilən ən təsirli yolu maska taxmaq, əllərin gigiyenası və sosial məsafə saxlamaqdır. Qeyd olunan qaydalara yay mövsümündə demək olar ki, riayət olunmurdu. Hakimiyyətin effektli böhran menecmentinə müraciət etməsi əhalidə təhlükəsizlik illüziyası yaratdı. Payızda virusun epidemioloji partlayışı gözlənildiyi və ölkə iqtisadiyyatının da ciddi məhdudiyyətlər resursu olmadığı halda yayın “özündənrazılığı” ən böyük səhv oldu.
Oktyabr seçkiləri və ağır epidemioloji vəziyyətə laqeydlik Gürcüstanda sentyabr ayının başlanğıcından yeni koronavirus hallarının sayı kəskin artdı. Virusun yayılma episentri Acarıstan regionu oldu. 10 sentyabr tarixində Baş nazir Qiorqi Qaxaria bildirdi: “Pandemiyanın ikinci dalğası başlayır, ancaq təşvişə ehtiyac yoxdur və epidemioloji vəziyyət tam nəzarət altındadır.”

Gürcüstanda sentyabr-oktyabr aylarında epidemioloji vəziyyət hər gün pisləşirdi. Yaz-yay dövründə hər gün Covid-19-a yoluxma halları bir neçə onluqlar çərçivəsində dəyişirdi. Sentyabrdan bu göstərici ciddi şəkildə artdı. Sentyabrın sonuna doğru hər gün 300-ə yaxın yeni yoluxma təsdiqlənirdi. Oktyabrın ilk yarısında gündəlik halların sayı 500-dən artıq idi. Oktyabrın sonuna yaxın isə gündə orta hesabla 1700-dən artıq yoluxma qeydə alınırdı. Covid-19-dan ölənlərin sayı da ciddi şəkildə artırdı.
17 oktyabr tarixində “Gürcü Arzusu”-nun icraçı katibi İrakli Kobaxidze “İmedi” telekanalının efirində “bizi əmin edirdi” ki, “tam açılış şəraitində, iqtisadiyyatın tam açılması, sərhədlərin geniş açılması şəraitində kovidin yayılması ilə bağlı göstəricimiz olduqca aşağıdır.”

Oktyabrda Gürcüstan qırmızı zonaya çevrildi. 7 oktyabr tarixində Almaniya Gürcüstanı koronavirusun yayılması ilə bağlı yüksək riskli ölkələrin siyahısına daxil etdi. 21 oktyabr tarixinə olan məlumata görə, Avropa İttifaqı Gürcüstanı epidemioloji baxımdan təhlükəsiz ölkələrin siyahısından çıxardı.

Hökumət seçkilərə qədər tədbirləri sərtləşdirməyi planlaşdırmırdı və minimal/xırda məhdudiyyətlərlə kifayətlənirdi. Oktyabrda ağırlaşan epidemioloji vəziyyətə baxmayaraq bütün ölkə miqyasında I-VI sinif şagirdləri üçün, eyni zamanda uşaq bağçaları və ali təhsil müəssisələrində tədris prosesi bərpa olundu. Tədris prosesinin sinif otaqlarında və auditoriyalarda bərpa edilməsi qərarı epidemioloji vəziyyətə görə ilk başdan Acarıstana şamil edilmədi. Ancaq tez zamanda bütün Gürcüstan miqyasında təhsil distant rejimə qayıtdı. Seçkiqabağı kampaniya adi rejimdə aparılırdı. Hökumət təsdiq edirdi ki, təcridlər, yəni ciddi və geniş miqyaslı məhdudiyyətlər olmayacaq.
Əgər hökumət seçkiqabağı dövrdə təsdiq edirdisə ki, epidemioloji vəziyyəti “uğurla” idarə edirdi və təəccüblü heç nə yox idi, artıq noyabr ayında, Gürcüstan 100 000 nəfərə görə yeni koronavirusa yoluxma hallarında dünyada birinci yer tutanda, hökumət ciddi epidemioloji vəziyyəti müxalifətin və xalqın boynuna qoydu. 24 noyabr tarixində Baş-nazirin müavini Maia Tsikitişvili bildirdi ki, “yoluxma hallarının artması məsuliyyətsiz aksiyalarla bağlıdır.” Səhiyyə naziri Ekaterine Tikaradze də analoji bəyanatı verdi. Xatırladaq ki, oktyabrın sonunda ölkə artıq virusun yayılmasına görə qırmızı zona idi və epidemioloqlar gündə 3-4 min Covid-19 yoluxma halı qeydə alınacağını bildirirdilər.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadze “Formula” telekanalının efirində epidemioloji vəziyyəti çətin kimi dəyərləndirmişdi və qeyd etmişdi ki, səhiyyə sistemi, həmçinin, insan resursu kifayət etmir. Epidemioloqlar öz söhbətlərində yayda vəziyyətin xüsusilə turizm regionlarında – Acarıstanda diqqətdən kənar qalmasını qeyd edirdilər. “Heç kim təhlükəsizlik qaydalarına (maskadan istifadə etmək, məsafə saxlamaq) riayət etmirdi və tədbirlərin sərtləşdirilməsini tələb etməməklə səhv etdik”, – Paata İmnadze bildirmişdi.

Pandemiyanın birinci dalğasında ağır və radikal məhdudiyyətlərinin məqsədi hakimiyyətin ikinci dalğanın və pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün səmərəli səfərbərlik yaratmaq idi. Burada hakimiyyətin çarpayı fondu yaratmalı, oksigen aparatları hazırlamalı olduğu, mənzildə müalicə üçün təsirli metodlar, qaynar xəttin maksimum işləməsi, kütləvi test aparılma üçün hazırlıqlar, ölkədə koviddən başqa tibbi ehtiyacların idarəsi üçün plan və s. işləməli olduğu nəzərdə tutulur. Pandemiyanın idarə olunmasında hakimiyyəti “özündənrazılıqda”, yalançı eyforiya və illüziyalar yaratmaqla yanaşı məhz hazırlıq dövründən faydalı istifadə etməməkdə qınayırlar. Hökumət seçkiqabağı dövrdə əhalidə epidemioloji vəziyyəti səmərəli şəkildə idarə etməklə bağlı illüziya yaradırdı. Hakimiyyət vaxt qazanmaq üçün iqtisadiyyatı təhlükə qarşısında qoydu. Ancaq sonra həmin vaxtdan istifadə etdi.

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktoru bu arqumenti qəbul etmir. Amiran Qamkrelidzenin sözlərinə görə, hazırlıq dövründən böhranı idarə etmək üçün istifadə olunub. Ancaq pandemiyanın miqyası proqnoz etdiklərindən daha geniş olub. Problemləri də məhz bu yaradıb. Tenqiz Tsertsvadzenin sözlərinə görə, böhranın idarəolunmasında sistemdə səhvlərə yol verməyiblər və pandemiyanı müxtəlif mərhələlərdə səmərəli və adekvat şəkildə idarə ediblər.
Yeni “qapadılma”
Qurumlararası Koordinasiya Şurasının 26 noyabr tarixli qərarına əsasən 28 noyabr tarixindən ciddi məhdudiyyətlər tətbiq olundu. Həmin məhdudiyyətlərə görə, 2 ay ərzində (28 noyabr-31 yanvar) ölkə miqyasında məhdudlaşdırılıb: Saat 21:00-dan saat 05:00-a qədər hərəkət; Şəhərlərarası hərəkət (sərnişinlərin daşınması) qadağan edilib; Bağlanıb: restoranlar və iaşə obyektləri (yalnız sifariş çatdırma xidməti işləyəcək); Fitnes zalları və üzgüçülük hovuzları; Bütün növ konfranslar, təlimlər, mədəni, əyləncəli tədbirlər (yalnız onlayn qaydada yolveriləndir) qadağan edilib;

Belə ki, böyük şəhərlərdə – Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi, Telavidə bələdiyyə nəqliyyatının işləməsi qadağan edilib və ticarət obyektləri (ərzaq, heyvan qidaları, apteklər, baytar apteklər, məişət kimyəvi və gigiyena mağazaları, mətbuat köşklərindan başqa) bağlanıb. Aqrar bazarlardan başqa açıq və qapalı bazarlar bağlanıb; Belə ki, qış kurortları 31 yanvara qədər bağlanıb, 3 yanvar-15 yanvar dövründə ölkədə istirahət günləri elan olundu. Məhdudiyyətlər yeni il dövründə (24 dekabr-2 yanvar) qismən yüngülləşdiriləcək. Ölkə miqyasında nəqliyyatın fəaliyyəti bərpa olunacaq və ticarət mərkəzləri, açıq və qapalı bazarlar işləyəcək.

Seçkilər bitən kimi ağır epidemioloji vəziyyətə görə məhdudiyyətlərin ciddiləşdirilməsi barədə söhbətə başlanıldı. Gürcüstan hökuməti tərəfindən pandemiyanın ilkin mərhələsində uzunmüddətli və olduqca ciddi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, epidemioloji vəziyyətin ağırlaşması halında (bu gün reallığı əks etdirən) ciddi məhdudiyyətlərin nisbətən ağrısız aparılması imkanı əhəmiyyətli dərəcədə azdır. Dünyanın heç bir ölkəsinin iqtisadiyyatının uzunmüddətli və tez-tez bağlanmaqla bağlı resursu yoxdur. Rasionallıq çərçivəsində iqtisadi baxımdan yalnız kiçik miqyaslı bağlanmalar yolveriləndir. Nİsbətən yaxşı epidemioloji vəziyyət şəraitində göstərilən sərt reaksiya iqtisadiyyata o qədər ziyan vurdu ki, ölkə iqtisadiyyatı pisləşmiş epidemioloji şəraitdə lazımı məhdudiyyətlərin tətbiqini daha az təhlükəsizliklə qarşılayır.

(1) Virusun yayılma miqyasının düzgün qiymətləndirilməsi üçün yeni yoluxmaların sayının 100 min sakinə görə hesablanması
(2) Epidemioloji vəziyyətin düzgün qiymətləndirilməsi üçün təsdiqlənmiş yoluxma hallarının ümumi sayının 1 milyon əhaliyə görə hesablanması (100 min sakinə hesablandığı kimi)

Print Email
FaceBook Twitter Google