Proqramın məqsədi çörəyin pərakəndə satış qiymətini olduğu kimi
saxlamaqdır.
Gürcüstan hökuməti cari ilin 30 noyabr tarixində buğda ununun
subsidiyası ilə bağlı dövlət proqramını təsdiq edib. Proqramın
məqsədi çörəyin pərakəndə satış qiymətini olduğu kimi
saxlamaqdır.
Biz çörəyin qiymətinin artmasının gözləndiyi barədə artıq yazırdıq
(daha ətraflı məqalədən baxın). O zaman qeyd etmişdik ki, çörəyin
qiymətinin olduğu kimi saxlanması üçün hökumət unun, yaxud çörəyin
qiymətinin subsidiyasını həyata keçirməli olacaq.
Əla növ buğda ununun subsidiyası proqramı bu həftədən qüvvəyə
minib. Proqram 4 aylıqdır və büdcəsinin 10 milyon lari olacağı
gözlənilir.
“Bir kisə 50 kiloqramlıq əla növ buğda ununun qiyməti 53 laridir və
bu dəyirmanlar üçün şərtdir. Bu halda dövlətin 50 kiloqramlıq
kisəyə subsidiyası 10 lari olacaq. Bundan sonra da proqrama
qoşulmuş dəyirmanlar müxtəlif qiymət təklif edəcək. Dövlət
resursundan maksimum dərəcədə yararlanmaq və bu subsidiyanın
dövlətə daha az vəsaitə başa gəlməsi üçün müəyyən rəqabət olacaq.
Ancaq eyni nəticəni əldə edək – nə buğda ununun, nə də çörəyin
qiyməti artmasın”, – Ekologiya və Kənd Təsərrüfatı naziri
bildirib.
Gürcüstan ayda təxminən 30 000 ton un istehsal edir. Buğda ununun
subsidiyası üçün dövlət proqramı isə ayda 10 000 ton əla növ una
aiddir. Çörək-un Məhsulları Assosiasiyasının icraçı direktoru Levan
Silaqavanın açıqlamasına görə, kütləvi (zavod) çörəyinin
bişirilməsi üçün məhz 10 000 ton un lazımdır. “Subsidiya proqramı
məhz kütləvi istehsal üçün çörək istehsal edən zavodlara aid olacaq
və proqram onlara 53 lariyə əla növ unun verilməsini nəzərdə
tutacaq. Tenderdə qalib gələcək dəyirmanlar maraq göstərmək və
tender müsabiqəsi nəticəsində dövlətdən ən az subsidiya tələb etmək
prinsipi ilə müəyyən ediləcək. Qalan təxminən 20 000 ton un,
həmçinin, əla və yüksək növ, şirniyyat unu növləri üçün dövlət
subsidiya proqramı qüvvədə deyil. Müvafiq olaraq qeyd olunan un
bazarda sərbəst bazar qiymətləri ilə satılacaq”, – o, qeyd
edib.
Eləcə də qeyd edək ki, “Tbilisi Energy”-nin anons etdiyi təbii qaz
tariflərinin artması qeyri-məişət (kommersiya) abunəçilərinə, çörək
müəssisələrinə aid olmayacaq.
Yekun olaraq demək olar ki, dövlət subsidiya proqramı ayda yalnız
10 000 ton əla növ unun qiymətinə aid olacaq. Bu isə çörəyin
kütləvi (zavod) istehsalı üçün vacibdir. Müvafiq olaraq bu
kateqoriya çörəyin qiyməti artmayacaq. Unun subsidiya proqramı 4
aylıqdır və 2021-ci ilin 31 mart tarixinə qədər qüvvədədir. Başqa
kateqoriya çörəklərin və eləcə də şirniyyatların qiymətinin artması
gözlənilir.