“Formula” tele şirkətinin eqzitpol nəticələri
Gürcüstan seçki məntəqələri saat 20:00-da bağlanıb və tele şirkətlər eqzitpol nəticələrini yayımlamağa başlayıblar.

“Formula” tele şirkətinin sifarişi ilə beynəlxalq şirkət Edison Research eqzitpol aparıb. “Formula”nın məlumatına görə, məlumatlar saat 16:00-a olan vəziyyəti təsvir edir.

“Formula”nın bildirdiyinə görə, araşdırmaçıların müraciət etdiyi adamların 50%-dən artığı araşdırmada iştirak etməkdən imtina edib.

Həmin eqzitpola əsasən nəticələr belə bölünüb:

“Gürcü Arzusu” – 46%;
“Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” – 28%;
“Avropalı Gürcüstan” – 5%;
“Lelo” – 3%;
“Leyboristlər partiyası – %;
“Qirçi” – 3%;
“Ağmaşenebeli Strategiyası” – 2%;
“Vətənpərvərlər Alyansı” – 2%


31 oktyabr tarixində Parlament seçkilərində “, “İmedi”nin sifarişi ilə Public Opinion Strategies, “Rustavi 2”-nin sifarişi ilə Survation və Formula”nın sifarişi ilə Edison Research eqzitpol aparıb.
Print Email
FaceBook Twitter Google