Bu gün, 7 noyabr tarixində Gürcüstan Baş Prokurorluğunda keçirilən
brifinqdə Laqodexi bələdiyyəsinin Qabal icmasında keçirilən xüsusi
əməliyyat zamanı xüsusi təyinatlılar tərəfindən qətlə yetirilən
Mirzə Əliyevlə bağlı açıqlama verilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Kvemo Kartli Polis
İdarəsinin Dmanisi Rayon Bölməsinin əməkdaşları qəsdən adam öldürmə
ittihamı ilə bir nəfəri həbs ediblər.