Prezident Zurabişvili Tbilisidə Latviya, Estoniya, İslandiya və
Litvanın xarici işlər nazirləri ilə görüşüb və onlarla birgə
brifinqdə görüşəndən sonra rus qanunlarına veto qoyaraq hökumətlə
danışıqlara getməyəcəyini açıqlayıb.
“Mən artıq bəyan etmişəm ki, heç bir halda vetomla
süni, aldadıcı danışıqlara getməyəcəyəm. Xeyr və heç vaxt! Çünki bu
ölkədə olan və yol açması lazım olan ruha xəyanət etməyəcəyəm. Mən
bu yolun açarı olacağam, bu yolu bağlayan bir forma deyil. Heç kim
düşünməsin ki, bu hakimiyyətin simasını xilas etmək üçün
prezidentdən istifadə edə bilərlər.
Bu gün bu məsələ müzakirə olunmur, bu gün Gürcüstanın yaşaması
məsələsi ortaya çıxır.
Mən dostlarımızı gələcək planlarımızı, bir neçə həftədir üzərində
işlədiyim Avropa platformasının necə olacağını danışdım.
formalaşdırılaraq rəsmi şəkildə əhalimizə təqdim olunur.
Gürcüstanı seçkiyə aparacaq o qərarların məcmusudur və bu
seçkilərlə Gürcüstan öz yoluna qaytarılmalıdır.
Bizim yaxın gələcəyimiz hamımızın qalib gələcəyimiz seçkilərə
səfərbər olmaq, Gürcüstanı sülh və Avropa yoluna çıxarmaqdır.
Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra bizim yanımızda olan
və yolumuza qayıdanda bizim yanımızda olacaqlarına əmin olduğum
dostlarımıza təşəkkür edirəm”, - deyə prezident
bildirib.
Mayın 14-də Gürcüstan parlamenti rus qanununu üçüncü oxunuşda
təsdiqləyib. Səsvermədə 116 deputat iştirak edib. Onların arasında
84 deputat rus qanununun qəbulunu dəstəkləyib.
İndi rus qanunu imzalanması üçün prezidentə göndərilməlidir.
Sözügedən məsələ ilə bağlı Salome Zurabişvilinin mövqeyi bəllidir.
Prezident qanuna veto qoymağı planlaşdırır, lakin “Gürcü arzusu”
prezidentin vetosunu aşmaq üçün parlamentdə kifayət qədər mandata
malikdir.
Prezidentin vetodan istifadə etmək üçün iki həftə vaxtı var.