Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar olaraq bir sıra ölkələrin
ən məşhur və populyar turizm məkanları Gürcüstan bayrağının rəngi
ilə işıqlandırılıb.
Gürcüstanın Müstəqillik Gününün qeyd olunduğu Rustaveli
prospektində polis bir nəfəri saxlayıb. Bu, Gürcüstanın Avropaya
inteqrasiyasını dəstəkləyən yürüş iştirakçılarının əsas prospektdən
Azadlıq meydanına keçməyə cəhd etdiyi vaxt baş verib.
Prezident Salome Zurabişvili Müstəqillik Gününə həsr olunmuş rəsmi
müraciətində “Gürcü arzusu” hökumətini anti-Qərb siyasətinə görə
kəskin tənqid edib.