Xəbərlər
Mübarizə ilə qazanılan təhsil hüququ

“Xüsusi ehtiyacı olan” – bu söz insanlarda bir çox assosiasiya yaradır. Bəzilərində yazığı gəlmə və səhv etmə hissi yaranır, bəzilərində isə qəbuledilməzlik hissi olur.

Lomsanidzelər ailəsi illərdir ictimaiyyətdə bu stereotiplərin sındırılmasına cəhd göstərir. Artıq on iki ildir ki, Mariamın ictimaiyyətə inteqrasiyası üçün çalışırlar və serebral iflic ilə mübarizə aparırlar. Mariamın anası Xatuna Qabaidze deyir ki, övladının inkişafı üçün vacib mərhələlərdən biri məktəbəqədər təhsil almaq idi, Marneuli bələdiyyəsinin Xixani kəndində isə faktiki olaraq bu mümkün deyil. Mariamın bağçaya getməsi üçün xüsusi müəllimə öz ciblərindən pul ödəməli olublar.

“Valideynlər belə uşaqları çox zaman gizlədirlər və hansısa nəticə əldə etmək üçün mübarizə aparmırlar. Vəziyyətlə barışırlar. Uşaq bağçasına aparana kimi çox çətinlik çəkdim. Düşünürəm ki, məndən başqa heç kim belə yardım tələb etmir. Bağça tələb etdim, məktəb tələb etdim, müxtəlif yardımlar tələb etdim, əvvəl dedilər mümkün deyil və özləri də araşdıracağını, nə isə olduğu halda əlaqə saxlayacaqlarını dedilər. Mən də həftədə 2-3 dəfə gedirdim ki, uşaq hansısa xidmətdən yararlana bilsin. Uşaq bağçasında dayəyə mən pul ödəyirdim ki, uşağın elementar olaraq uşaqlarla ünsiyyəti olsun. Bunların hamısı günün birinci yarısında baş verirdi və bütün gün saxlamaq üçün pulum yox idi”, – Xatuna Qabaidze deyir.

Mariam məktəbəqədər təhsil alıb, məktəbə getmək vaxtı gələndə isə Lomsanidzelər yenə problem qarşısında qalıb. Təhsil Nazirliyi işə qarışana qədər Marneuli bələdiyyəsinin Təhsil Resurs Mərkəzi Mariamın məktəbə getməsini təmin edə bilməyib. Mariam məktəbə iki il gec – 8 yaşında gedib.

“O zaman məktəbə qeydiyyatdan keçirmirdilər, resurslarımız yoxdur qəbul edə bilmərik deyirdilər. Həyat yoldaşım Təhsil Nazirliyinə üç dəfə getdi ki, məktəbə qeydiyyatdan keçirək. Xüsusi müəllimləri yox idi, amma bacardıq və nail olduq. Mariam hazırda 4-cü sinifdə oxuyur”,
– Xatuna Qabaidze deyir.

Marneulidə xüsusi ehtiyacı olan şagirdlərin lazımı xidmət alması üçün heç bir müəssisə yoxdur. Ona görə də valideynləri 9 yaşlı Mariamı həftədə iki dəfə Tbilisiyə reabilitasiya mərkəzinə aparırlar.

“Tbilisidə olan xidmətlər çox fərqlidir. Biz regionda yaşayırıq və Tbilisi meriyası belə uşaqları maliyyələşdirir, biz isə bu xidmətlərdən istifadə edə bilmirik. Məsələn, kurortlarda istirahət etmək, başqa bir çox xidmətlər bizim üçün yoxdur. Ona görə ki, regionda yaşayırıq. Təsəvvür edin 200 lariyə nə edə bilərsən. Marneulidən Tbilisiyə gedib-qayıtmaq, sonra Marneulidən Xixaniyə qayıtmaq hamısı pul tələb edir”, – Xatuna Qabaidze deyir.

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yeganə erkən müdaxilə mərkəzi fəaliyyət göstərir və orada xüsusi proqram var. Həmin proqram Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib və tanınıb. Bu mərkəz Uşaq Bağçaları Birliyinin tabeçiliyindədir. Birliyin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, qrup 29 uşaqdan ibarətdir və ona qədər müxtəlif ixtisaslı müəllim çalışır. Başqa bağçalardakı xüsusi ehtiyacı olan uşaqların sayını isə dəqiq bilmirlər.

“Xüsusi araşdırma aparılmayıb. Adi şəkildə qəbul edirik, növbə də gözləməli olmurlar. Gəldikləri zaman növbəsiz qəbul edirik, amma saylarının nə qədər olduğu indiki mərhələdə dəqiq bilinmir. Çünki araşdırma aparılmayıb”, – Zaur Kərəmov deyir.

Marneuli məktəblərində xüsusi müəllimlər 2015-ci ildən fəaliyyət göstərir. Hazırda Marneuli miqyasında ictimai məktəblərdə cəmi 122 nəfər xüsusi ehtiyacı olan şagird və 43 xüsusi müəllim var.

Uşaq hüquqları konvensiyasına əsasən təhsil almaq hər bir uşağın əsas hüququdur. Konvensiyada qeyd olunan hər bir hüquq, hər hansı ayrı-seçkilikdən kənar bütün uşaqlara aiddir. Uşaq hüquqlarının oxşar tanınması yalnız nəzəri əsas daşımır. Dünyanın hər bir ölkəsində uşaq hüquqları konkret tədbirlərlə qanunvericilik, inzibati və icraçı sahələrdə təsdiqlənib. Tədris zamanı bütün uşaqlar tədrislə bağlı çətinliklərlə qarşılaşır ki, bu da şagirdin fiziki, intellektual, sosial, emosional, linqvistik yaxud başqa vəziyyətinə, onun tədris prosesindəki imkan yaxud çətinliklərinə görə yarana bilər. İnkluziv təhsilin məqsədi bütün uşaqların yaşadığı yerə yaxın məkanda həmyaşıdları ilə bərabər tədris və keyfiyyətli təhsil almaq imkanının verilməsidir.

İnkluziv təhsilin növləri:

Tam qoşulma – deməkdir ki, xüsusi təhsilə ehtiyac duyan şagird tam şəkildə tədris prosesinə qoşulub, o, bütün dərslərdə iştirak edir və bütün dərslərin özünəməxsus imkan və ehtiyaclara uyğun fərdi tədris planı var.

Müəyyən qədər qoşulma – deməkdir ki, xüsusi təhsilə ehtiyacı olan şagird dərsləri seçərək onda iştirak edir. Yəni, şagirdin imkanlarından və ehtiyaclarından dolayı onun üçün fərdi dərs cədvəli olur və o, yalnız cədvəlində nəzərə alınan dərslərdə iştirak edəcək.

Inteqrasiya olmuş tədris – deməkdir ki, xüsusi təhsilə ehtiyacı olan şagirdlər bir sinifdə birləşiblər və onlar üçün ayrılmış tədris proqramı ilə təhsil alırlar. İnteqrasiya olmuş sinifin tədris proqramı şagirdlərin fərdi ehtiyacları və məktəbin tədris planını nəzərə almaqla tərtib olunur. İnteqrasiya olmuş sinifin şagirdləri bütün məktəb aktivliklərinə qoşulub.

Resurs otağı – məktəbdə xüsusi ayrılmış və şagirdlərin təhsilinə dəstək olacaq bütün vacib fərqləndirmələr və texniki vasitələrlə təchiz edilmiş otaqdır. Adaptasiya olmuş mebel, rəngarəng fərqli tədris materialı, audio-video aparatura. Resurs otağında xüsusi tədris ehtiyacları olan bütün şagirdlərin inkluziv təhsil prosesində iştirak edəcək məktəb psixoloqu, xüsusi pedaqoq, nitq üzrə terapevt xidmət göstərə bilər.

Tədris Resurs-Mərkəzinin funksiya və öhdəlikləri:

Resurs Mərkəzin əsas missiyası məktəblərə öz funksiyasını daha yaxşı həyata keçirmək üçün məlumat vermək, resursları çatdırmaq, müxtəlif maraqlanan təşkilatlarla əlaqələr qurmaq, dərsliklər yaxud treninqləri təşkil edənlərlə bağlı və.s yardım etməkdir. Resurs mərkəz məktəblərə müxtəlif problemlərin həll olunmasına lazımı tövsiyyələr vermək yolu ilə köməklik göstərir.

Resurs mərkəz nazirliklə razılaşma yolu ilə xüsusi ehtiyacı olan uşaqların qayğısına qalır. Bu kateqoriyaya aid olan uşaqlar üçün inkluziv tədris metodlarının tətbiqinə dəstək olur.

 

FaceBook Twitter Google