Xəbərlər
Dövlətin müdafiə etməli olduğu insan hüquqları haqqında öyrən

Gürcüstan Konstitusiyası ölkənin əsas qanunudur. Onda dövlətin düzgün çalışması və vətəndaşların firavanlığı üçün vacib olan prinsiplər və dəyərlər qeyd olunub.

Məhz Konstitusiya ilə təmin edilən hüquq və azadlıqlar dövləti idarəetmə şərtlərində insan hüquqlarının pozulmaması üçün bir çox alətlə təmin edir.

“Dövlət ümumi tanınmış hüquq və azadlıqları toxunulmaz və ali insani dəyər kimi tanıyır və qoruyur. Hakimiyyət həyata keçirilən zaman xalq və dövlət bu hüquq və azadlıqlarla qüvvədə olan olaraq məhdudlaşdırılıb”, – Gürcüstan konstitusiyasının 4-cü maddəsində yazılıb.

Dövlət hakimiyyətinin mənbəyini adamlar təşkil edir və məhz hakimiyyət nümayəndələri adamlara xidmət göstərməlidirlər. Gürcüstan Konstitusiyası ilə müəyyən edilib ki, Gürcüstan hüquqi dövlətdir və demokratik dövlətin vacib prinsiplərindən biri budur. Hüquqi dövlətdə əsas dəyəri adam, onun ləyaqəti, hüquqları və azadlıqları təşkil edir.

“Marneuli” radiosunun sorğu apardığı sakinlərin əksəriyyətinin onları hansı dövlət müəssisələrinin müdafiə etməsi və öz hüquqlarını qoruya biləcək əsas hüquqi mexanimzlər haqqında məlumatı yox idi.


Dövlət adamlara xidmət göstərməlidir, dövlət insan hüquq və azadlıqları ilə məhdud olmalıdır, hakimiyyətin özbaşınalıq hüququ olmamalıdır və dövlət qanunlar əsasında idarə olunmalıdır. Məhz bu üç amil ədalətli dövlətin əsas elementlərini təşkil edir.
Demokratik dövlətin sosial prinsiplərinə gəldikdə isə o, geniş sosial əsaslara söykənir və onun məqsədi əhalinin yaşam səviyyəsini yüksəltmək, yaxud stabil saxlamaqdır.

Hər bir dövlətin ən əsas öhdəliyi insanın əsas hüquq və azadlıqlarını qorumaq və gücləndirməkdir.

Ləyaqətin toxunulmazlığı, yaşam və fiziki toxunulmazlıq hüququ, bərabərlik hüququ, hərəkət etmək azadlığı, inam, din və vicdan azadlığı, hüquqi inzibati fəaliyyət, ictimai məlumatın əlçatanlığı, məlumat baxımından öz müqəddəratının təyin edilməsi və ictimai hakimiyyət tərəfindən dəyən zərərin qarşılanması hüquqları, əmlak hüququ, siyasi partiyaların azadlığı və təhsil hüququ və akademik azadlıq – dövlətin qoruma öhdəliyi götürdüyü əsas hüquq və azadlıqlar bunlardır.

"Marneuli" Radiosu

ICON_SEP Print ICON_SEP