Verilişlər
"Hüquqlarımız" – "Məhkəmənin müstəqil olmadığı ölkədə azadlıq mövcud deyil." Mixeil Cavaxişvili
"Məhkəmənin müstəqil olmadığı ölkədə azadlıq mövcud deyil."
Mixeil Cavaxişvili, Müstəqil məhkəmə, "İveriya" qəzeti, 1906


Ölkəmizdə yaratmaq istədiyimiz liberal-demokratiyanın əsas xüsusiyyəti hakimiyyətin bölünməsi prinsipidir. Hakimiyyətin bölünməsi prinsipi dedikdə hakimiyyətin üç qol arasında bölünməsi nəzərdə tutulur ki, bunlar da qanunverici, icraçı orqanlar və məhkəmədir.

Ölkəmizdə mühakimə üç instansiyada həyata keçirilir. Birinci instansiya, ikinci instansiya – yəni apelyasiya və üçüncü və son instansiya – ali məhkəmə.

Gürcüstanda bu üç instansiyadan başqa daha bir məhkəmə – Konstitusiya Məhkəməsi də var. Konstitusiya Məhkəməsi 4-cü instansiya məhkəmə hesab olunmur. O konstitusiya mühakiməsini həyata keçirir, yəni qanunverici normaların Konstitusiyaya uyğun olub-olmadığını yoxlayır. Demokratik dövlətdə bu funksiya çox mühümdür.

Məhkəmə hakimiyyəti dövlətdəki digər hakimiyyət qollarından müstəqildir və bu hakimiyyəti yalnız məhkəmələr həyata keçirir. Məhkəmə müstəqil və qərəzsiz olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı "Hüquqlarımız" verilişindən tanış ola bilərsiniz.

Verilişin aparıcısı hüquqşünas Eduard Marikaşvili.

Azərbaycan dilinə tərcümə Oqtay Kazımov.






Veriliş hər cümə axşamı saat 13:00-da FM96.9 dalğasında efirə gedir.

Verilişin təkrarı isə hər çərşənbə axşamı və şənbə günləri 13:00-da, hər bazar isə 17:00-da efirə gedir.

Verilişin video yazısı "Marneuli" radiosunun Facebook səhifəsinə yüklənir.




Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.


FaceBook Twitter Google