hüquqlarımız
Şagirdlərin məktəbin özünüidarəetməsi ilə bağlı hansı məlumatları var
Marneuli miqyasında 74 ictimai məktəb fəaliyyət göstərir. Məktəblərin öhdəliyi tədris müəssisələrində özünüidarəetməni formalaşdırmaqdır. Qanun şagirdlərə özünüidarəetmə vasitəsi ilə özlərinin məktəbin fəaliyyətinə qoşulması imkanını verir. Özünüidarəetmələr tövsiyyə və təklifləri ilə Qəyyumlar Şurasına məktəbin hər hansı vacib məsələsi ilə bağlı müraciət edə bilərlər.

Şagirdlərin özünüidarəetməsi məktəbin struktur vahididir və onu ümumi təhsil haqqında qanun və məktəb nizamnaməsinə uyğun (Gürcüstanın ümumi təhsil haqqımda qanunu, maddə 47, bənd) olaraq şagirdlər öz özüünidarələrinə baza və orta pilləd səviyyəsində bərabərlik əsasında, gizli səsvermə ilə, siniflərə əsasən bərabər nümayəndəlik prinsipini qorumaqla seçirlər.

1) Məktəbin daxili qaydaları haqqında tövsiyyələr hazırlaycaq;
2) Qəyyumlar Şurasına məktəb üçün vacib olan bütün məsələlərlə bağlı təkliflər vermək səlahiyyətinə malikdir;
3) Qəyyumlar Şurasında öz nümayəndəsini seçir;
4) Məktəbin nizamnaməsi ilə müəyyən edilmi qaydaya əsasən və Gürcüstan qanunvericiliyinə uyğun olaraq qazanılan qrantların istifadəsində iştirak edir;
5) Üzvləri beşdə birinin təşəbbüsü ilə məktəb klubları yaradır;
6) Orta pillədə nizam-intizam komitəsində öz nümayəndəsini seçir.


“Marneuli” radisu maraqlandı ki, şagirdlər özünüidarəetmələr və məktəbdə özlərinin həyata keçirə biləcəyi məsələlərlə bağlı məlumatlıdırmı. Biz bir neçə məktəbdə çəkilişdə olduq. Gürcü və qeyri-gürcü dilli məktəblər arasında fərqlilik qeydə alındı. Demək olar ki, qeyri-gürcü dilli məktəblərdə şagirdlərin əksəriyyəti özünüidarəetmələr haqqında heç nə bilmir. Bəzi şagirdlər isə təəccüblə soruşurdu və cavab verirdi ki, özünüidarəetmə işlərinə yalnız məktəb qoşulmalıdır. Marneuli radiosunun Marneuli şəhərinin N5 ictimai məktəbində və Sabirkənd ictimai məktəbində apardığı sorğunu sizə təqdim edirik. Qeyd etmək lazımdır ki, drektorlar Marneulinin bir neçə ictimai məktəbinə sorğu mövzusunu bildikdən sonra bizim daxil omağımıza icazə vermədilər.



Şagirdlərin özünüidarəetməsi məktəb strukturu vahididir. Baza və orta pillə şagirdləri öz özünüidarəetmələrini seçirlər, bərabərlik əsasında, gizli səs vermə ilə, şəffaflıq və siniflərə əsasən bərabər nümayəndələrin prinsipini qorumaqla şagirdlərin özünüidarəetmə seçkiləri keçirilir. Şagirdlərin özünüidarəetməsinə özünüidarə tərəfindən seçilmiş sədr rəhbərlik edir.

Gürcüstanın ümumi təhsil müəssisələri Qəyyumlaq Şurası seçir, ümumi təhsil haqqında qanuna əsasən şura pedaqoqların, valideyn və şagirdlərin özünüidarə nümayəndələrindən ibarət olur. Beləliklə, Gürcüstan Təhsil və Elm Nazirliyi və yerli özünüidarəetmə orqanlarının Qəyyumlar Şurasına səs vermə hüququ olan bir üzv təyin etmək səlahiyyəti var. Şura üzvünün fərdi şəkildə şura adından çıxış etmək hüququ yoxdur. Yalnız Qəyyumlar Şurasının ona müəyyən fəaliyyət göstərmək hüququ verdiyi hallar yaxid məktəbin nizamnaməsinin müəyyən xüsusi halları nəzərə alması istisnadır. Şura məktəbin idarəsində strateji rol oynayır. Bu isə məktəbin məqsəd və üstünlüklərini nəzər almağı nəzərdə tutur, bu məqsədlərə nail olmaq siyasətinin hazırlnaması və məktəbin inkişafına nəzarəti müəyyən edir.

Qəyyumlar Şurasının qanunvericiliklə müəyyən edilmiş öhdəliklərə əsasən məktəbdə milli tədris planı ilə müəyyən edilmiş təhsil standartlarına nail olmaq səlahiyyəti çatır. Qəyyumlar Şurası məktəbə resurslarını səmərəli idarə etməkdə yardım etməlidir və eləcə də tədris planının rəngarəngliyini və neytrallığının qayğısına qalmalıdır. Məktəbdə tədris zamanı ayrı-seçkilik yolverilməzdir və müdafiəsiz qrulara diqqət yetirilməlidir.

FaceBook Twitter Google