Verilişlər
İnkluziv təhsil haqqında miflər
İnkluziv təhsil haqqında miflər


Birinci mif
– İnkluziv təhsil xüsusi təhsil proqramına ehtiyac duyan şagirdin tam təhsil ala bilməməsidir.

İkinci mif – İnkluzia bütün şagirdlərin dərs vaxtını yalnız sinif otaqlarında keçirməyə məcbur olması deməkdir.

Üçüncü mif
– Oxşar tipli təhsil müəssisələrində əlil olan uşaqlar təcrid olunur. Sinif yoldaşları onlara pis davranırlar.

Dördüncü mif – Əgər müəllim əlil olan uşaqlara qarşı daha çox diqqət ayırarsa və tədris prosesinin əksər hissəsini onların təhsilinə sərf edərsə əlil olmayan şagirdlər diqqətdən kənar qalacaqlar.

Beşinci mif – Əlillik problemi olan uşaqlar başqa uşaqlarla birgə eyni sinifdədirsə o zaman verilən təhsil səviyyəsi aşağı düşür, sanki o, əlillərin bacarığına uyğundur.

Altıncı mif – Əlilliyi olan uşaqlar bu kimi fiziki çatışmamazlığı olan uşaqlarla münasibət qumralıdırlar. Ümumi siniflərdə onların bu kimi mnasibətlər qurması aşağı səviyyədə olacaq.

Yeddinci mif – İnkluzia – xüsusi lüksdür və ənənəvi tədris proqramından olduqca bahadır.



İnkluziv təhsil nədir:

Uşaq hüquqları konvensiyasına əsasən təhsil almaq hər bir uşağın əsas hüququdur. Konvensiyada qeyd olunan hər bir hüquq, hər hansı ayrı-seçkilikdən kənar bütün uşaqlara aiddir. Uşaq hüquqlarının oxşar tanınması yalnız nəzəri əsas daşımır. Dünyanın hər bir ölkəsində uşaq hüquqları konkret tədbirlərlə qanunvericilik, inzibati və icraçı sahələrdə təsdiqlənib. Tədris zamanı bütün uşaqlar tədrislə bağlı çətinliklərlə qarşılaşır ki, bu da şagirdin fiziki, intellektual, sosial, emosional, linqvistik yaxud başqa vəziyyətinə, onun tədris prosesindəki imkan yaxud çətinliklərinə görə yarana bilər. İnkluziv təhsilin məqsədi bütün uşaqların yaşadığı yerə yaxın məkanda həmyaşıdları ilə bərabər tədris və keyfiyyətli təhsil almaq imkanının verilməsidir.

"Marneuli" Radiosu
ICON_SEP Print ICON_SEP