სიახლე
Marneulinin Sosial Agentliyinə bulinq haqda bildirişlər demək olar ki, heç daxil olmur
Müəyyən müddət ərzində davam edən, bir konkret adama qarşı istiqamətlənmiş və güclərin qeyri-bərabərliyindən ibarət olan həddi-büluğa çatmamış şəxsi qrupdan təcrid edən yaxud verbal zorakılıq aktı – mental sağlamlıq ekspertlərinin əksəriyyətinin bulinqlə bağlı izahat belədir, qanunvericilikdə isə onun konkret izahatı yoxdur.

Bulinq çox hallarda bulinqi həyata keçirən tərəfindən sosial statusdan istifadə etməklə bulinq qurbanlarının alçaldılması və ona zərər vurmaqdır. Fiziki müqavilədən əlavə bulinqi adamlara qoyaraq təhqir etməklə, şaiələr yaymaqla və.s. olur. Belə növ bulinqlər çox hallarda kiber bulinq yaxud onlayn bulinq adlanır.

Əksər hallarda bulinqin beş formasına diqqət yetirilir. Fiziki buliq zərbə, vurmaq, hücum, toxunmaq kimi formalardan ibarət ola bilər. Verbal bulinq şifahi şəkildə ziyan vurmağı nəzərdə tutur, məsələn, nəzarətlə, təqhirlə, cinsi və əxlaqsız şərhlərlər, mimika və ya verbal hədə ilə baş verir. Münasibət bulinqi kiminsə hansısa qrupdan təcrid olunmasına istiqamətlənir və bir qayda olaraq verbal hədələmə, şaiənin yayılması və başqa formadan istifadə etmək vasitəsilə olur. Reaksiya bulinqi bulinqi həyata keçirən tərəfindən başqalarının bulinqə uğramasından ibarətdir, çünki keçmişdə özü bulinq qurbanı olub. Bulinq eləcə də qurbanın əmlakına hücumdan da ibarət ola bilər, məsələn qurbanın əmlakına zərər dəyir yaxud əlindən alınır.

Marneuli radiosu ilə söhbəti zamanı Sosial Xidmət Agentliyinin sosial işçisi Natia Xaçidze bildirdi ki, agentliyə bulinqlə bağlı mesajlar adətən məktəblərdən daxil olur.


Gürcüstanda rəsmi bulinq statistikası yoxdur. Bu müəəyyən qədər bulinqin məktəblərdə identifikasiya edilməsi çətinliyinə bağlıdır. Əksər hallarda müəllimlər ya valideynlər fiziki ya şifahi aqressiya daşıyan hərəkətləri dəcəllik hesab edirlər və diqqət yetirmirlər. Bundan əlavə bulinq törədən uşaq bu kimi hərəkətləri böyüklərin qarşısında nadir hallarda edir.

Psixoloqların izahatına görə, bulinq başqa vacib problemlərlə də əlaqəli ola bilər. Məktəbfə bulinq edən yeniyetmə ol bilsin vandalizm, məktəb daxilində və məktəbdən kənar zorakılıqla məşğul ola bilər. Bulinq törədən və bulinqə uğrayanları daha çox depressiyaya düşmək halları gözləyir. Məhz bu onların dərsdən uzaqlaşmasına, pis nəticələr əldə etməsinə, yalnızlaşmasına və sosial təcridinə səbəb ola bilər.

Uşaqların bulinq və başqa cinyaətlərdən qorunması məqsədi ilə Gürcüstanda islahat mexanizmi yaradılıb.. Qeyd olunan mexanizmə yerli özünüidarələr, məktəblər, hüquq orqanları, sosial xidmətlər və.s qoşulub.

İslahat mexanizmindən istifadə etmək uşağın psixologiyasına hər hansı psixi və fiziki təhlükə yaradan, sağlmalığın inkişafına mane olan hallarda istifadə olunur. İshalata qoşulmuş bütün subyektlər uşağa qarşı zorakılıqdan şübhələndiyi halda yerində hadisəni analiz etməlidir və əsaslı şübhə olduğu halda dərhal agentliyə ya polisə bildirməlidir.

"Marneuli" Radiosu
ICON_SEP Print ICON_SEP