Xəbərlər
Marneulili özünü işlə təmin edən şəxslər dövlət yardımını necə almalıdırlar
Sosial Xidmət Agentliyinin Marneuli şöbəsinə 200-ə yaxın özünü işlə təmin etmiş şəxs müraciət edib. Bu barədə məlumatı qeyd olunan xidmətin rəhbəri Mamuka Şubitidze verib.

"Pandemiya dövründə işini itirmiş şəxslər həqiqətən də işlə təmin olunduqlarını təsdiq edən sənəd təqdim etməlidirlər. Səhiyyə Nazirliyinin xüsusi veb səhifəsində qeydiyyatdan keçmək mümkündür. Özləri qeydiyyatdan keçə bilmədikləri halda bizim yanımıza gəlsinlər, biz onlara qeydiyyatdan keçməyə kömək edərik", – Mamuka Şubitidze bildirib.

Gürcüstan hökumətinin böhrana qarşı planına əsasən işsiz qalan, işə götürülən, özünüməşğullar dövlətdən pul yardımı alacaqlar.

Qeyri formal sektorda çalışanlar, yaxud özünüməşğullar gəlirlərini itirdiklərini təsdiq etdikləri halda birdəfəlik 300 lari alacaqlar.

Vətəndaşlar Səhiyyə Nazirliyinin veb səhifəsində qeydiyyat portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla