Gürcüstanda daha 208 nəfər COVID-19-a yoluxub
Gürcüstanda son sutkada koronavirusa 208 yeni yoluxma halı
təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Məlumata əsasən, daha 685 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər
isə vəfat edib.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 1 649 430 nəfərdə
aşkarlanıb. Onların 1 628 643-ü sağalıb, 16 758-i isə ölüb.