Gürcüstanda koronavirusa 341 yeni yoluxma qeydə alınıb, 4 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 341 yeni yoluxma halı qeydə alınıb, 4 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son bir gündə daha 445 nəfər müalicə olunaraq sağalıb.

Ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 1 651 322 nəfər yoluxub. Onların 1 631 009-u sağalıb, 16 770-i isə dünyasını dəyişib.
Print Email
FaceBook Twitter Google