Gürcüstanın baş nazirinin sözlərinə görə, bu gündən, mayın 2-dən
qapalı yerlərdə maska taxmaq məcburi olmayacaq.
İstisnalar ictimai nəqliyyat və klinikalardır. Bu barədə İrakli
Qaribaşvili hökumətin iclasında danışıb.
O, bundan sonra məktəblərdə maska taxmağın məcburi olamayacağını da
vurğulayıb. Bu qaydanın yumşaldılmasından sonra ticarət mərkəzləri,
mağazalar, mehmanxanalar və s. yerlərdə maska taxmaq məcburi
olmayacaq.
"Bizim çox sabit mənzərəmiz var. Bu gün bizdə cəmi 51
yoluxma halı olub və bu istiqamətdə vəziyyət sakitdir. Bu, bizə
qaydaları daha da sadələşdirməyə imkan verir və sizə artıq dediyim
kimi, maskanın məcburi taxılması bu gün ləğv edilir”,
– deyə Qaribaşvili bildirib.
Mövcud qaydalara görə, bütün dövlət müəssisələrində maska taxmaq
məcburi idi - bu qaydanı pozanların cəriməsi 20 lari idi.
Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqləndiyi 2020-ci
il fevralın 26-dan indiyədək test üsulu ilə 1 655 221 yoluxma halı
qeydə alınıb. COVID-19-dan 16 811 nəfər ölüb.
Mənbə: radiotavisupleba.ge