“Dünyada Borçalıdan çox az sədamız var” – Qaracalardan Qalib Həsənov moda peşəsi ilə adət-ənənələri dünyaya tanıdır
Tbilisinin ürəyində, böyük və qara sərgi pavilionlarından birində Azərbaycan milli ruhunu, kimliyini özündə əks etdirən, bizlərin uşaqlıqda üzərində gəzdiyimiz, xatirələri gözümüz önündə canlanan və öz unikallığı ilə seçilən xalçalar məhz Borçalı xalçası adı ilə tanınır.

Bir vaxtlar evlərimizi gözəlləşdirən qədim, al-qırmızı rəngli və fərqli ornamentli xalçalar indi Tbilisidə, sərgi zalında ziyarətçiləri heyran edir.



İndi bu xalça sadəcə Borçalıda deyil, bütün dünyada tanınır. Məhz, bu xalçanı elə dünyaya tanıdan şəxs Qardabani rayonunun Qaracalar kəndindən olan Qalib Həsənovdur.

O, Tbilisidə “Mercedes-Benz Fashion Week“ moda həftəsində özünün “Collection 05 - Borchaly” adlı kolleksiyasını təqdim etdi. Sərgi 7 may tarixində başladı və 10 mayda yekunlaşdı. Onun burada 8 işi təqdim olunurdu.

Qalibin özü də burada idi. O, dizaynlarının özünəməxsus tarixi olduğunu söylədi.



Sərgi zalının girişinə iki xana da yerləşdirilmişdi. Xalçaçı usta və onun şagirdləri burada əyləşərək toxunma texnikasını ziyarətçilərə göstərir və qədim tarixindən bəhs edirdilər. O, xalça toxumağın çox diqqət və səbir tələb etdiyini izah edirdi.




Onun yaratdığı dizaynlar Borçalı xalçaları və ayaqqabı bağlarının sintezindən hazırlanmışdı. 8 geyimdən 3-ü birbaşa xalça motivləri üzərində qurulub. Həsənov işlədiyi “Borçalı” adlı kolleksiyasını fevral ayında Milan moda həftəsində təqdim etdiyini və bundan sonra ona bu kolleksiyanı Tbilisidə nümayiş etdirmək dəvətinin gəldiyini bildirdi.

“Mən, açığı, xüsusi bir məqsədlə gəlməmişəm. Bu işin paytaxtda göstərilməsi və həm beynəlxalq, həm də gürcü auditoriyasının yaxından tanıması çox vacib idi. Bu 8 işdən 3-ü sırf Borçalı xalçaları ilə əlaqədardır. Onlardan biri Borçalı xalçasıdır, biri Qaraçöp, digəri isə Faxralı xalçasıdır, hansılar ki, Kosalar kəndində qadınlarla əməkdaşlıq edilərək onlar tərəfindən toxunub. Mən onu geyim formasına salmışam, ancaq Borçalının ornamentləri qorunub-saxlanaraq həyata keçirilib. Əlbəttə, mənim işlədiyim ağ və qara pambıq ayaqqabı bağından toxunmuş digər geyimlər də təqdim olunur. Bu da bizim kilimlə əlaqədardır”.

Gənc dizaynerin sözlərinə görə, bu geyimlər
sadəcə vizual görünüş deyil, həm də dərin bir ideya ətrafında birləşir.



“Dizaynlar əsasən tarixi faktordan və yaxud forma olaraq, fəlsəfə olaraq, Borçalıda yaşayan qadınların, qızların həyatından və onların tarixindən danışır. Əsas məqsəd əslində, həm adət-ənənələri, həm mənim Gürcüstan azərbaycanlısı olduğumu göstərməkdir. Məncə, Borçalıdan dünyada çox az sədamız var. İstəyirəm ki, əlbəttə həm Gürcüstanda, həm də Gürcüstandan xaricdə daha çox insan bu haqda eşitsin, daha çox tanışlıq olsun”.

Qalib regionda doğulub-böyüməyin çox çətin olduğunu və bu çətinlikdən çıxmaq üçün risk almağın mümkünlüyünü vurğuladı.

“Gənclərə uğurlar arzulayıram və düşünürəm ki, əgər inam varsa, çətinliklərin öhdəsindən gəlmək olar. Mənim özüm də Borçalının bir kəndindənəm və reallığı çox yaxşı tanıyır, bilirəm. İstəyirəm ki, gənclər heç vaxt geri addım atmasınlar, həmişə irəli addımlasınlar. Məsləhətim odur ki, risk almaq yaxşıdır. Heç kim üçün dırnaqarası “yaxşı” insan olmaq məcburiyyətində deyilsiniz. Əsas odur ki, sizin üçün düzgün olan nədir, onu edəsiniz”, – Qalib dedi.

Qalib Həsənov Qaracalar kəndində azərbaycandilli məktəbdə təhsil alıb. O, 18 yaşında Milanda təhsil almaq üçün “BENEXT” adlı yarışmaya qatılıb və təqaüd qazanıb. Artıq neçə ildir ki, karyerasına orada davam edir. Yaradıcı platforma olan "INSTITUTION" 2024-cü ildə Qalib Həsənov tərəfindən təsis edilib və təsisçinin sözlərinə görə, bu layihə sadəcə modadan daha üstün bir məna kəsb edir. Məhz bu səbəbdən o, sosial-bədii layihəyə çevrilmişdir.

"INSTITUTION" artıq bir neçə nüfuzlu mükafatın sahibidir, bunlara 2025-ci ilin “CNMI Fashion Trust Grant” və 2026-cı ilin “Zalando Visionary Award” mükafatları daxildir.

Bu il Həsənov “LVMH Prize” – ın finalçısıdır. Bu müsabiqənin nəticələri 4 sentyabr tarixində açıqlanacaq.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.







Print Email
FaceBook Twitter Google