Darvaz kəndində etirazlar nəticəsində faydalı qazıntılar dayandırılıb, əhali bunun müvəqqəti olduğundan şübhələnir
Bolnisi bələdiyyəsinin Darvaz dərəsində aparılan faydalı qazıntı işləri dayandırılıb. 
Mədən axtarışı işləri "RMG (Rich Metals Group)” şirkətinin alt bölməsi olan "CMG" tərəfindən aparılır. Qazıntıların dayandırılması kənd sakinlərinin keçirdiyi etiraz görüşündən sonra mümkün olub. Mayın 10-da 6 kəndin əhalisi bir araya gələrək iclas keçiriblər. Yerli sakinlər, həmçinin dövlət qurumlarına rəsmi ərizə ilə müraciət edərək işlərin tamamilə sonlandırılmasını
tələb ediblər.

Darvaz kənd sakini Naşir Orduxanov bildirir ki, iclasın keçirildiyi gün, gecə saatlarında şirkət texnikanın işini dayandırıb.

“İşlər dayansa da, texnika hələ ərazidə idi. Ayın 11-də texnikanı və müəyyən avadanlıqları söküb paketləməyə başladılar. Dünən, ayın 12-də isə hər şeyi götürüb ərazini tərk etdilər. Proses onu göstərdi ki, onlar keçirilən iclasa görə oradan çıxmağa məcbur qaldılar. Çünki suallarımızı cavablandıra bilmirdilər, heç bir sənəd təqdim etmirdilər. Səssiz gəlmişdilər, səssiz də getdilər. Biz iclasda bütün dövlət qurumlarına rəsmi müraciətimizi etdik. İnzibati Məcəlləyə uyğun olaraq, həmin qurumlara cavab vermələri üçün müəyyən vaxt tanınır. Biz hələ də rəsmi cavab gözləyirik ki, bu işlər nəyə əsasən aparılırdı, icazə və lisenziya varmı idi, yoxsa tamamilə özbaşına qazıntı edilirdi? Cavab gələn kimi Darvaz dərəsi əhalisinə və ictimaiyyətə məlumat verəcəyik”.

Naşirin sözlərinə görə, Bolnisi ərazisində qazıntılar hələ 1975-ci ildə başlayıb və o vaxtdan bəri kənd təhlükə altındadır. O, həmin ərazinin otlaq sahəsi olduğunu və sakinlərin heyvandarlıq üçün yaz aylarını orada keçirdiklərini vurğulayır.

“Bu təhlükə daim var. Nə qədər ki, Bolnisidə bu şirkət fəaliyyət göstərir, biz hər zaman risk altında olacağıq. Qızıl yatağının olub-olmaması bizi maraqlandırmır, bizim üçün önəmli olan təbiətdir, kənddir, insanların həyatı və sağlamlığıdır. Qazıntı aparılan yer bizim yaylaqlarımızdır. Hər yaz orada 20-30 ailə binə qurub heyvandarlıqla məşğul olur. Bu il də insanlar heyvanlarını oraya aparıblar, lakin ağır texnikanın səsindən heyvanlar hürkür, inəklər geri qayıtmır”, - Naşir Orduxanov.

Sakinlərin bildirdiyinə görə, ağır texnika yaşayış evlərinin çox yaxınlığında işləyir ki, bu da yerli əhalinin təhlükəsizliyi və sağlamlığı üçün risk yaradır.





Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google