Dmanisi, Tetriskaro və Tsalkada DTX dövlət qulluqçularına qarşı ittiham irəli sürüb

Tsalka bələdiyyəsində infrastruktur layihələrinin vəsaitlərinin mənimsənilməsi və torpaq sahələrinin ələ keçirilməsi faktları üzrə araşdırma aparılır.


Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Rüşvətxorluqla Mübarizə Agentliyi tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Tsalka bələdiyyəsində infrastruktur layihələri və dövlət torpaqlarının ələ keçirilməsi ilə bağlı bir neçə qanun pozuntusu faktı aşkarlanıb.

İstintaqın məlumatına görə, Tsalka bələdiyyəsində müxtəlif özəl şirkətlər tərəfindən yol sahələrinin və
dövlət məktəblərinin bərpası işləri həyata keçirilərkən təqsirləndirilən şəxslər sənədləri saxtalaşdırmaq yolu ilə dövlətə məxsus on minlərlə larini dələduzluqla mənimsəyiblər.

Bundan əlavə, iş materiallarına əsasən, meriya və Bələdiyyə Məclisi nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək və saxta sənədlər əsasında dövlətə məxsus torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsinə şərait yaradıblar.

Dmanisi bələdiyyəsinin məmurları vəzifə saxtakarlığı və torpaqların qanunsuz mənimsənilməsində ittiham olunur
Dmanisi bələdiyyəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Rüşvətxorluqla Mübarizə Agentliyi tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrinin dələduzluq yolu ilə ələ keçirilməsi və vəzifə saxtakarlığı faktları müəyyən edilib.

İstintaqın məlumatına görə, Dmanisi meriyası və Bələdiyyə Məclisinin nümayəndələrindən bir neçəsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və saxta sənədlər hazırlamaqla fiziki şəxslər tərəfindən dövlət torpaqlarının dələduzluq yolu ilə mənimsənilməsinə köməklik göstəriblər. Sözügedən iş üzrə müvafiq şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Tetriskaroda infrastruktur vəsaitlərinin mənimsənilməsi və meriya nümayəndəsinin rüşvət alması şübhəsi ilə bağlı araşdırma başlanıb
Tetrisklaro bələdiyyəsində DTX-nin Rüşvətxorluqla Mübarizə Agentliyi dövlət satınalmaları və rüşvətxorluqla bağlı bir neçə qanun pozuntusu aşkarlayıb.

Qurumun məlumatına görə, bələdiyyədə içməli su daxili şəbəkəsinin bərpası işləri aparılarkən, özəl şirkət nümayəndələri sənədləri saxtalaşdıraraq dövlətə məxsus on minlərlə larini dələduzluq yolu ilə mənimsəyiblər.

Eyni zamanda, istintaqın versiyasına görə, Tetriskaro meriyasının nümayəndəsi dövlət torpaqlarında arıçılıq təsərrüfatının qurulması üçün torpaq sahəsinin ayrılması və sonradan himayədarlıq edilməsi müqabilində vətəndaşdan rüşvət alıb. Təqsirləndirilən şəxs hazırda saxlanılıb.

Sözügedən işlər Dövlət Təhlükəsizliyi Xidmətinin Rüşvətxorluqla Mübarizə Agentliyinin Gürcüstanın doqquz regionunda həyata keçirdiyi istintaq tədbirləri nəticəsində aşkarlanıb. Qurumun məlumatına görə, ümumilikdə 14 fərqli cinayət işi üzrə 28 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq bir neçə istiqamətdə aparılır:

Dövlət satınalmaları sahəsində dələduzluq: Beş fərqli iş üzrə 3 nəfər saxlanılıb, 11 nəfərə qarşı isə ittiham irəli sürülüb. Tsalka, Axaltsixe və Tetriskaronun infrastruktur layihələrindən başqa, iş həmçinin Tbilisi uşaq bağçaları və Batumi pulsuz yeməkxanalarının satınalmalarını da əhatə edir. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər müqavilədə nəzərdə tutulduğundan daha az miqdarda, aşağı keyfiyyətli ərzaq və dezinfeksiyaedici vasitələr tədarük ediblər. Dövlətə dəymiş ziyanın məbləği 669 497 lari təşkil edir.

Dövlət torpaqlarının qanunsuz mənimsənilməsi: Dmanisi, Qurcaani və Tsalka bələdiyyələrində meriya və Bələdiyyə Məclisi nümayəndələrinin iştirakı ilə saxta sənədlərdən istifadə edilərək ümumilikdə 91 564 kvadratmetr sahəsi olan torpaq sahələrinin mənimsənilməsi faktları aşkarlanıb. Dəymiş ziyan 397 804 lari təşkil edib. Bu iş üzrə 7 nəfərə ittiham irəli sürülüb.

Rüşvət alma və sənəd saxtakarlığı: Lançxuti və Tetriskaro meriyalarından, həmçinin Oni Meşə Təsərrüfatı Xidmətindən ümumilikdə üç nəfər saxlanılıb. İstintaqın məlumatına görə, onlar səyyar ticarət obyektlərinin (məsələn, “drive” obyektləri) yerləşdirilməsi, arıçılıq təsərrüfatının qurulması və kəsilməsi qanunla qadağan olunmuş palıd ağaclarının kəsilərək meşəlik ərazidən çıxarılmasına himayədarlıq edilməsi müqabilində rüşvət alıblar. Əlavə olaraq, saxta sürücülük vəsiqəsi, pasport və bakalavr diplomlarının hazırlanması və satışı faktları üzrə daha 4 nəfər saxlanılıb.




 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google