Xəbərlər
"Facebook" 2,2 milyard saxta hesabı sildi
Sosial media platforması "Facebook" 2019-cu ilin ilk üç ayında təxminən 2,2 milyard saxta hesabı sildi.

"Facebook"dan verilən yazılı açıqlamada son 6 ayda platformada narahatedici saxta hesab sayında ciddi bir artımın müşahidə olunduğu və bunun səbəbinin avtomatik hücumlar olduğu bildirilərək, 2018-ci ilin ilk rübündə 1.2 milyard hesabın silindiyi, bu ilki rəqəmin keçən ilə görə təxminən iki dəfə çox olduğu qeyd edildi.

Amerikan mətbuatı sözügedən rəqəmin "Facebook"un bir rübdə ən çox hesab silmə rekordu olduğunu vurğuladı.

Mənbə: trt.net.tr
FaceBook Twitter Google