2026-cı ildə Marneuli meriyasının mühafizəsinə 329.832 lari xərclənəcək

Marneuli meriyası və “Yenə də Böyüyəcəklər” abidəsinin ərazisində yerləşən parkın mühafizə xidmətlərinin dəyəri 2026-cı ildə artacaq.



Marneuli meriyası ilə Mühafizə Polis Departamenti arasında imzalanan müqaviləyə əsasən, yerli özünüidarə 2026-cı ildə mühafizə xidmətləri üçün 2025-ci illə müqayisədə 29.988 lari çox pul ödəyəcək.

Kvemo Kartli Regional Mühafizə Polis Baş İdarəsinin Təşkilati Dəstək Xidmətinin rəhbəri Temur Allahverdiyevin Marneuli meri
Daur İsmayılova göndərdiyi məktuba görə, mühafizə xidməti xərclərinin artması dövlət xidmətlərində əmək haqqının artması ilə əlaqədardır.

“Yuxarıda göstərilən halları nəzərə alaraq, mühafizə xidmətinin inkişafı, səmərəliliyinin artırılması, yüksək ixtisaslı kadrların cəlb edilməsi və işçilər üçün layiqli iş şəraiti yaratmaq məqsədilə Mühafizə Polisi İdarəsi yenilənmiş tarif siyasətinə uyğun olaraq mühafizə xidmətləri göstərmək qərarına gəlib. Bu da bizim aşağıdakı təklifimizi nəzərdə tutur: 1 yanvar 2026-cı il tarixindən etibarən xidmətin cari dəyəri - ayda 24.987 lari olan məbləğ 2.499 lari olsun” - məktubda deyilir.

Marneuli yerli özünüidarəetməsi 2026-cı il ərzində meriya binasının və “Yenə də böyüyəcəklər” abidəsinin təhlükəsizlik xidməti üçün 329.832 lari ödəyəcək. Eyni xidmət üçün Bələdiyyə 2025-ci ildə 299.844 lari, 2024-cü ildə 249.444 lari, 2023-cü ildə 202.800 lari, 2022-ci ildə isə 162.000 lari ödəyib.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google