Marneuli yerli özünüidarəsi 2026-cı il ərzində Marneuli
şəhərində asılacaq məlumat və təbrik lövhələrinin/banerlərinin
dizaynı,
hazırlanması, quraşdırılması və sökülməsi üçün tender elan
edib.
Tender təklifinə əsasən, qalib şirkət bir il ərzində 30 təbrik
lövhəsi/baneri yerləşdirməlidir. Təbrik lövhələri aşağıdakı
bayramlar üçün nəzərdə tutulur:
- Novruz Bayramı - 5 ədəd;
- Pasxa bayramı - 5 ədəd;
- 26 may - 3 ədəd;
- Mariamoba - 5 ədəd;
- Yeni il - 4 ədəd;
- Milad bayramı - 4 ədəd.
Marneuli meriyası 2026-cı il ərzində təbrik lövhələrinin
yerləşdirilməsinə 17 850 lari xərcləməyi nəzərdə tutur.
Maraqlanan şirkətlər meriya tərəfindən 21-23 yanvar tarixlərində
tenderdə iştirak edə bilərlər.
Qeyd etmək lazımdır ki, Marneuli meriyası hər il bayram
lövhələrinin yerləşdirilməsi üçün tender elan edir. 2024 və 2025-ci
illərdə elan edilmiş tenderdə eyni şirkət, "Print Office " MMC
qalib gəlmişdi. Meriya hər iki ildə göstərilən xidmətlərə görə
şirkətə eyni məbləği, 18 054 lari ödəmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.