Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır
zərər
vurma ittihamı ilə 1977-ci il təvəllüdlü R.A.-nı saxlayıblar.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə
edərək 1979-cu il təvəllüdlü S.C.-yə xəsarət yetirib və daha sonra
hadisə yerindən qaçıb.
Yaralı kişi tibbi müəssisəyə yerləşdirilib, hazırda
ona müvafiq
tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq-əməliyyat
tədbirləri nəticəsində R.A. təqsirləndirilən şəxs qismində
saxlanılıb. Cinayətin törədilməsində istifadə edilən alət, bıçaq
maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci
maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.