“Marneuli” Radiosunun jurnalisti Tea Davadze 2025-ci il Avropa İttifaqı mükafatının “Xüsusi qeyd” nominasiyasına layiq görülüb

“Marneuli” Radiosunun jurnalisti Tea Davadze Avropa İttifaqı Mükafatı 2025-in “Yayım və ya onlayn mediada ən yaxşı süjet” kateqoriyası üzrə “Xüsusi qeyd” mükafatına layiq görülüb.

Süjetin həmmüəllifi həmçinin “Marneuli” Radiosunun jurnalisti Amil Məmmədovdur.

Süjet Dmanisidən başlayan 100 kilometrlik yürüşdən bəhs edir.

Material əsasən etiraz xəritəsində nadir hallarda görünən Kvemo Kartli regionuna həsr olunub. Bu bölgədə qorxu çox vaxt gündəlik həyatın bir hissəsidir. Lakin bu dəfə Kvemo Kartli susqunluğu 100 kilometrlik yürüşlə pozdu. İnsanlar ortaq bir istək ətrafında birləşərək Dmanisi, Bolnisi, Marneuli və Tetritskaro – dörd bələdiyyəni, dörd fərqli reallığı piyada keçdilər və bir əsas məqsəd uğrunda addımladılar: dəyişiklik.

Yürüş iştirakçıları üç gün boyunca yolda oldular. Yorğunluq, ağrı və soyuq gündəlik sınağa çevrilsə də, bir addım belə geri çəkilmədilər. Bu sadəcə piyada yürüş deyildi – bu, qorxuya qarşı atılan addımlar, azadlığa, Avropaya, ləyaqətə və seçim haqqına aparan bir yol idi.

100 kilometrlik yürüşə Dmanisi, Bolnisi, Marneuli, Tetritskaro, Tsalkа, Qardabani və Rustavidən olan fəallar qoşuldular. Onlar sübut etdilər ki, regionların da səsi var – xüsusilə də Kvemo Kartlidə etirazın böyük cəsarət tələb etdiyi bir şəraitdə. Burada bir
çoxları fərqli olmağın və itaət etməməyin nə demək olduğunu yaxşı bilir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google