Dələduzluqda ittiham olunan Rima Otaraşvilinin təşəbbüsü ilə qadınlarla keçirilən görüş 1 895 lari 20 tetriyə başa gəlib

"Qadınlar otağı"nın təşəbbüsü ilə marneulili sahibkar qadınlara 1 895 lari, 20 tetri dəyərində hədiyyə səbətləri təqdim olunub.


Hədiyyələrin satın alınması barədə məlumatı Marneuli meriyası martın 12-də dövlət satınalmaları portalına yerləşdirib. Yerli özünüidarəetmə orqanı "Fresco Shopping Center" MMC-dən 16 ədəd şokolad qutusu, türk qəhvəsi, zeytun konservi, şampan şərabı, kokoslu şokolad və hədiyyə dəsti üçün ağacdan hazırlanmış
toxunma səbət alıb və bütün bunlara ümumilikdə 1 895 lari 20 tetri ödəyib.

Sözügedən vəsaitin ayrılması xahişi ilə İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Davit Çikadze Marneuli meri Daur İsmayılova müraciət edib.

"Məlumat üçün bildirirəm ki, “Qadınlar otağı”nın təşəbbüsü ilə 2026-cı il martın 6-da Marneuli bələdiyyəsində yaşayan sahibkar qadınlar üçün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik tədbirinin keçirilməsi planlaşdırılır. Həmin xanımlar meriya ilə fəal əməkdaşlıq edir, bir çox bələdiyyə layihə və tədbirlərinin fəal tərəfdaşlarıdırlar. Tədbirin təşkil olunması üçün tabeliyinizdə olan inzibati və maliyyə-büdcə xidmətləri vasitəsilə 16 ədəd hədiyyəlik toxunma səbətin (şirniyyat dəsti ilə birlikdə) satın alınmasını təmin etməyinizi xahiş edirəm", – deyə Davit Çikadze yazıb.

Hədiyyələrin təqdim olunması təşəbbüsü ilə çıxış edən "Qadınlar otağı"nın rəhbəri Rima Otaraşvilidir. Qeyd etmək lazımdır ki, martın 9-da yayımlanan məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti Rima Otaraşviliyə qarşı qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən külli miqdarda dələduzluğa cəhd faktı üzrə istintaqa başlayıb.

Dövlət Təhlükəsizlik Xidməti Rima Otaraşvilini saxlamayıb. Martın 9-da "Marneuli" radiosuna mənbədən verilən məlumata görə, Otaraşvili hələ də meriya binasında olub.

DTX-nin yayımladığı videoda Rima Otaraşvilinin vətəndaşa, icrası üçün 60 000 ABŞ dolları tələb etdiyi işi 100% həll edəcəyini dediyi və "bu işin əsas fiqurlarından birinin də mer olacağını" bildirdiyi eşidilir.



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google