İcra Bürosu Marneulidə 3 daşınmaz əmlakı hərrac vasitəsilə satır

Gürcüstan Ədliyyə Nazirliyinin Milli İcra Bürosu Marneulidə 3 daşınmaz əmlakı hərrac yolu ilə satışa çıxarıb.


Hərrac saytında yerləşdirilən məlumata görə, Milli İcra Bürosu Marneuli bələdiyyəsinin Şulaveri və Şaumyan kəndlərində, eləcə də Marneuli şəhərində yerləşən daşınmaz əmlakları satır.

Marneuli şəhərində 1 500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 000 lariyə satışa çıxarılıb. Hərracda addım qiyməti 980 lari təşkil edir. Məlumata əsasən, torpaq sahəsi 98 000 lari dəyərində qiymətləndirilib. Hərrac mayın 7-də başa çatır.

Şaumyan kəndində Milli İcra Bürosu 2 100 kv.m torpaq sahəsini 6 075 lariyə satışa çıxarıb, addım
qiyməti isə 81 laridir. Hərrac məlumatına görə, torpaq 8 100 lari dəyərində qiymətləndirilib. Bu hərrac da mayın 7-də yekunlaşır.

Şulaveri kəndində isə Milli İcra Bürosu kənd təsərrüfatı torpağı və yaşayış evinin onda bir (1/10) hissəsinin satılmasını planlaşdırır. Hərrac şərtlərinə görə, 1 254 kv.m daşınmaz əmlakın 1/10 hissəsi 4 650 lariyə satışa çıxarılıb. Addım qiyməti 62 lari olan bu hərrac mayın 11-də başa çatacaq.

Gürcüstan Ədliyyə Nazirliyinin Milli İcra Bürosu daşınmaz əmlakı o halda satır ki, borclu üzərinə qoyulmuş maliyyə öhdəliyini yerinə yetirə bilmir və kreditor məcburi icra tələb edir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google