Marneuli yerli özünüidarəsi uzunmüddətli inkişaf strategiyası
çərçivəsində planlaşdırılan ictimai müzakirə üçün sadələşdirilmiş
qaydada 700 buklet və 300 döş nişanı satın alıb.
Sadələşdirilmiş satınalma üzrə məruzə vərəqəsinə əsasən, meriya 300
gürcüdilli, 300 azərbaycandilli və 100 ermənidilli buklet sifariş
verəcək.
"Məlumat üçün bildiririk ki, Marneuli bələdiyyəsinin
uzunmüddətli inkişaf strategiyası çərçivəsində sənədin ictimai
müzakirəsi planlaşdırılır. Bu da cəmiyyətin geniş iştirakını və
məlumatlılıq səviyyəsinin artırılmasını nəzərdə tutur.
Sözügedən prosesin səmərəli idarə olunması məqsədilə məlumat
materiallarının əlçatanlığı mühüm əhəmiyyət kəsb edir. Xüsusilə,
əhalini strategiyanın əsas istiqamətləri, prioritetləri və
imkanları ilə tanış edəcək məlumat bukletlərinin hazırlanması
nəzərdə tutulur", — satınalma sənədində qeyd
olunub.
Məruzə vərəqəsinə görə, ictimai müzakirənin səmərəli təşkili
məqsədilə əlavə olaraq asqısı olan 300 ədəd çap edilmiş beycə
ehtiyac var ki, bu da tədbirin mütəşəkkil mühitdə keçirilməsini
təmin edəcək.
Marneuli meriyası bukletləri və döş nişanlarını fərdi sahibkar
Əkrəm Qahramanovdan 1 290 lariyə alıb.
"Marneuli" radiosuna meriyadan bildirdilər ki, hazırkı mərhələdə
uzunmüddətli inkişaf strategiyasının ictimai müzakirəsinin
keçiriləcəyi vaxt məlum deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.