Marneuli-Samqori istiqamətində də gediş haqqı artıb

Marneuli-Samqori istiqamətində hərəkət edən mikroavtobuslarda gediş haqqı artıb.


Sərnişinlərin "Marneuli" radiosuna verdiyi məlumata görə, nəqliyyatın qiyməti 3 lari əvəzinə artıq 4 laridir.

Marneulidə artıq bir həftədən çoxdur ki, şəhərlərarası gediş haqqı 1 lari bahalaşıb. Tarif artımı Marneuli-Vağzal meydanı istiqamətinə də təsir edib və yeni qiymət mayın 1-dən qüvvəyə minib.

"BPN" tərəfindən dərc olunan məlumata görə, bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti artıq 4 lariyə çatıb.

Nəşr yazır ki, mayın 1-dən sonra Gürcüstanda yanacaq 6-20 tetri arasında bahalaşıb.

Məlumata
görə, beynəlxalq birjalardakı mövcud tendensiya Gürcüstan bazarına təxminən 9 mart tarixindən etibarən təsir göstərməyə başlayıb. Brend yanacaqdoldurma məntəqələrində qiymətlər bir neçə mərhələdə artaraq, ümumilikdə 9 martdan bu günədək 27 tetridən 84 tetriyədək bahalaşıb.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google