Meriyanın televiziya xidmətləri tenderində yalnız keçmiş "Marneuli TV" iştirak edib

Marneuli meriyası tərəfindən elan edilmiş 150 000 larilik televiziya xidmətləri tenderində yalnız bir şirkət – "Region TV" MMC (keçmiş "Marneuli TV") iştirak edib.



Teleşirkət yerli özünüidarəyə 148 460 lari dəyərində xidmət təklif edir. Bu xidmətə meriyanın bəyanatlarının gürcü və azərbaycan dillərində yayılması, merin, onun müavininin, xidmət və şöbə rəhbərlərinin birbaşa efirə qoşulması, həmçinin brifinqlərin, hesabatların və
müxtəlif tədbirlərin işıqlandırılması daxildir.

"Bələdiyyə məclisi iclaslarının, müşavirələrin, büro iclaslarının (razılaşma əsasında), hesabatların və/yaxud merin, onun müavinlərinin və xidmət rəhbərlərinin müşavirə və hesabatlarının həm gürcü, həm də azərbaycan dillərində, hər birinin xronometrajı 10 dəqiqədən az olmamaqla televiziya efirində yerləşdirilməsi", - tender sənədlərində qeyd olunub.

Hazırda şirkətin seçilməsi və qiymətləndirilməsi prosesi davam edir, lakin tenderdə rəqibi olmadığı üçün Marneuli meriyasına sözügedən xidməti böyük ehtimalla məhz "Region TV" göstərəcək.

Tender şərtlərinə əsasən, qalib şirkət imic videoçarxları da hazırlayıb efirə yerləşdirməlidir. Video materiallar Marneuli meriyası tərəfindən həyata keçirilən infrastruktur, mədəniyyət, turizm, sosial, gənclər və idman layihələrini, eləcə də tədbirlərini əks etdirməlidir.

Qeyd etmək lazımdır ki, Marneuli yerli özünüidarəsi televiziya xidmətlərini əvvəlki illərdə də hər ilin əvvəlində satın alırdı. Bu tenderlərdə, bir qayda olaraq, "Marneuli Televiziyası" rəqibsiz qalib gəlirdi. Televiziya satıldıqdan sonra media vasitəsinin adı dəyişdirildi və fəaliyyətini "Region News" olaraq davam etdirir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google