Marneuli bələdiyyəsində sahibsiz və evsiz heyvanlar üçün
bələdiyyələrarası sığınacağın tikintisi planlaşdırılır.
Meriyanın məlumatına görə, layihənin icra mərhələlərini bələdiyyə
meri Daur İsmayılov, birinci müavini Qiorqi Qodabrelidze, Milli
Qida Agentliyinin İtlərin Hiperpopulyasiyasının İdarə Olunması
Mərkəzinin rəhbər müavini Tsira Napetvaridze, ekspert Laşa
Qeqeçkori və agentliyin Kvemo Kartli regional xidmətinin rəhbəri
Miranqula Liparteliani ilə birlikdə müzakirə edib.
“Milli Qida Agentliyi regionlarda heyvan
sığınacaqlarının tikintisinə başlayır. Kvemo Kartli regionunda
sığınacaq tikintisi məqsədilə Marneuli meriyası Milli Qida
Agentliyinə Qızılhacılı inzibati vahidliyinin ərazisində yerləşən 9
917 kv.m. qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3 il
müddətinə müvəqqəti istifadəyə verib”, – Marneuli
meriyası yazır.
Layihəyə əsasən, kompleksdə müxtəlif təyinatlı binalar, qış və yay
mövsümləri üçün ümumi yaşayış volyerləri, karantin zonası, inzibati
bina, avtopark, suyun bioloji təmizlənməsi sistemi və digər zəruri
infrastrukturlar yer alacaq.
Qızılhacılıda heyvan sığınacağının tikiləcəyi barədə məlumat
yayıldıqdan sonra, Marneuli Bələdiyyə Məclisinin "Lelo"
partiyasından olan üzvü Aqil Mustafayev narazılığını bildirib və
meriyaya rəsmi ərizə ilə müraciət edib. Cəmiyyətin bir hissəsinin
sözlərinə görə, Qızılhacılıdakı sığınacaq xoşagəlməz qoxuya səbəb
olacaq.
Yerli özünüidarənin məlumatına görə, Milli Qida Agentliyinin
nümayəndələri görüşdə izah ediblər ki, obyektdə təhlükəli
tullantıların idarə olunması üzrə xüsusi proqram tətbiq ediləcək,
hansı ki, bu, artıq Kaxeti və Şida Kartli regional sığınacaqlarında
fəaliyyət göstərir.
Həmçinin qeyd olunub ki, obyekt üçün özünəməxsus qoxu xarakterik
deyil, onun Tetritskaro bələdiyyəsinə gedən yoldakı yerləşmə yeri
isə yaşayış məntəqələrindən tövsiyə olunan məsafədən qat-qat
uzaqdır.
Görüş çərçivəsində iştirakçılar bələdiyyələrarası sığınacağın
tikilməsi planlaşdırılan əraziyə də baxış keçiriblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.