“Marneuloba 2026”-nın təşkili üçün elan edilmiş tenderin dəyəri ötən illə müqayisədə 19 538 lari artırılıb

Marneuli meriyası “Marneuloba 2026” tədbirinin təşkil olunması üçün 218 326 lari dəyərində tender elan edir.


Tender sənədlərinə əsasən, tədbir çərçivəsində gürcü, azərbaycanlı, erməni və yunan guşələri, kulinariya master-klassları, uşaq əyləncə sahəsi, idman fəaliyyətləri və digər əyləncəli proqramlar təşkil olunacaq.

Tenderin təxmini dəyəri 218 326 lari təşkil edir ki, bu da 2025-ci il “Marneuloba” tədbirinin təşkil
olunması üçün ayrılmış 198 788 lari ilə müqayisədə 19 538 lari çoxdur.

Sənədlərə görə, tenderə kulinariya guşələri və master-klasslar üçün qida məhsullarının alınması, uşaq əyləncə sahəsinin və müvafiq avadanlıqların qurulması, həmçinin idman tədbirləri üçün lazım olan inventarın təmin edilməsi daxildir. Proqramda gürcü güləşi, qol güləşi və oxçuluq yarışları nəzərdə tutulub.

Tədbir çərçivəsində, həmçinin payız guşəsinin yaradılması planlaşdırılır ki, burada səyyar təndir və çörəkçinin köməkliyi ilə gürcü çörəyi bişiriləcək. Azərbaycan fətirinin hazırlanması üçün isə müvafiq avadanlıq və bişirici təmin olunacaq.

Tender, həmçinin 30-40 kvadratmetrlik sahədə gürcü, azərbaycanlı, erməni və yunan guşələrinin qurulmasını, o cümlədən erməni icmasına xas dekorasiyaların hazırlanmasını nəzərdə tutur. Bundan əlavə, GIF (hərəkətli şəkil) aparatı və xidmətçi personal ilə təmin olunmuş foto-zona yaradılacaq və digər təşkilati xidmətlər göstəriləcək.

Tenderdə təkliflərin qəbulu 2026-cı il iyulun 19-da başlayacaq və iyulun 22-də başa çatacaq. Tender sənədlərinə əsasən, qalib şirkət işləri müqavilə imzalandıqdan sonra, 2026-cı ilin 15-30 sentyabr tarixlərində həyata keçirməlidir.



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google