Marneuli bələdiyyəsi "Kəsik Təpə" arxeoloji kompleksinin ətraf
ərazisinin hasarlanması məqsədilə smeta sənədlərinin hazırlanması
üçün 1500 lari dəyərində tender planlaşdırır.
Tender sənədlərinə əsasən, layihənin əsas vəzifəsi arxeoloji
kompleksin ətraf ərazisinin təxminən 70 metrini əhatə edən
hissəsinin məftil torla hasarlanmasıdır. Qalib şirkət layihə
obyektini yerində öyrənməyə və işçi çertyoju hazırlamazdan əvvəl
layihə həllini, əsas parametrləri və istifadə olunacaq
materialları
alıcı tərəflə razılaşdırmağa borcludur.
"Layihə və smetanın hər birinə ayrıca olaraq, Levan
Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosu və ya digər
akkreditə olunmuş şəxs tərəfindən verilmiş müsbət ekspert rəyinin
əsli əlavə edilməlidir."
İşlərin gedişi zamanı layihə müəllifi obyektə nəzarəti həyata
keçirməlidir. Tikinti prosesində nəzərdə tutulmamış əlavə işlərin
görülməsi və ya layihədə dəyişikliklərin edilməsi zərurəti
yaranarsa, icraçı heç bir əlavə ödəniş tələb etmədən 10 iş günü
müddətində əlavə layihə sənədlərini hazırlamağa borcludur.
Hasarlanma işlərinin ümumi dəyərinin isə təxminən 10 000 lari
olacağı ehtimal edilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.