Təhsil sistemində aparılan islahatlar nəticəsində İlia Dövlət
Universitetində etnik azlıqlar
üçün nəzərdə tutulmuş gürcü dilində hazırlıq ("1+4") proqramı
tələbələrinin bakalavr ixtisası seçimi kəskin şəkildə
məhdudlaşdırılıb.
Məzunlar 2026-2027-ci tədris ilindən etibarən sözügedən
universitetdə 31 təhsil proqramı əvəzinə yalnız 14 istiqamət üzrə
təhsillərini davam etdirə biləcəklər.
"Gürcü dili ikinci dil kimi və inteqrasiya proqramı" illərdir ki,
etnik azlıqları təmsil
edən gənclər üçün mühüm körpü rolunu
oynayır. 2025-2026-cı tədris ilinin sonu üçün İlia Dövlət
Universitetinin sözügedən proqramından 225 nəfər məzun olur, lakin
onların əksəriyyətinin istədikləri fakültədə təhsil almaq imkanı
əlindən alınıb.
Ötən illərdə hazırlıq kursunu bitirdikdən sonra tələbələr 31
bakalavr proqramı arasında seçim edə bilirdilər. Bunların arasında
hüquq, psixologiya, beynəlxalq münasibətlər, siyasi elmlər,
sosiologiya, maliyyə, menecment, turizm, memarlıq,
incəsənətşünaslıq, ekologiya və digər bu kimi yüksək tələbat olan
istiqamətlər var idi.
Yeni islahat çərçivəsində, fakültələrin yenidən bölgüsü və
optimallaşdırılması nəticəsində universitetdə "1+4" proqramının
məzunları üçün yalnız 14 proqram qalıb (onların da əksəriyyəti
inteqrasiya olunmuş birillik müəllim hazırlığı modulu ilə
birgədir):
- İngilis dili və ədəbiyyatı
- Tətbiqi alman dili və ədəbiyyatı
- Fransız dili və ədəbiyyatı
- Tarix
- Rus dili və ədəbiyyatı
- Gürcü filologiyası
- Sərbəst elmlər
- Yer elmləri
- Fizika
- Biologiya
- Riyaziyyat
- Kompüter mühəndisliyi
- Mülki mühəndislik
- Erkən uşaqlıq dövrü, inkişaf və təhsil
İlia Dövlət Universitetinin Elmlər və İncəsənət fakültəsinin
ingilis dili və ədəbiyyatı istiqaməti üzrə assosiasiya olunmuş
professoru Nino Mataradzenin sözlərinə görə, bu qərar 1 illik
hazırlıq kursunun yalnız dil tədrisini nəzərdə tutmadığı nəzərə
alınarsa, xüsusilə ağrılıdır. Bu, tələbələrin universitet məkanına
və şəhərə tam inteqrasiyası prosesi idi.
"Tələbələrin artıq İlia Dövlət Universitetinin ötən
illərdə elan etdiyi bütün proqramları, o cümlədən İliauniyə qəbul
olarkən təhsillərini davam etdirə biləcəklərini düşündükləri
proqramları seçmək imkanı yoxdur. Yəni onlar İliada istədikləri
bakalavr proqramı üzrə təhsil alacaqları ümidi ilə daxil
olmuşdular, lakin tədris prosesində məlum oldu ki, proqram
seçimləri kəskin şəkildə məhdudlaşdırılıb."
"1+4" proqramının tələbəsi Bayram Məmmədov sosial şəbəkədə
yayımladığı bəyanatda bu qərarın gənclərin rəyi nəzərə alınmadan
verildiyini bildirir:
"Biz, „1+4“ hazırlıq proqramının tələbələri, İlia
Universitetini vaxtından əvvəl tərk etməyə məcbur olduq. Bu, bizim
seçimimiz deyildi. Hüquqlarımızı qorumaq üçün bir çox addımlar
atdıq — aksiyalar keçirdik, ərizələr yazdıq, lakin qərar bizim
iştirakımız və razılığımız olmadan qəbul edildi. Təhsil sistemində
aparılan islahat yüzlərlə tələbənin gələcəyini və planlarını
alt-üst etdi."
Məmmədovun sözlərinə görə, bu bəyanat yalnız bir nəfərin değil, öz
seçdikləri universitetdə təhsillərini başa vurmaq istəyən bütün
hazırlıq proqramı tələbələrinin ümumi mövqeyini ifadə edir.
İstədikləri ixtisaslar İlia Dövlət Universitetində ləğv edilən və
ya başqa ali təhsil müəssisələrinə keçirilən tələbələr indi
təhsillərini digər universitetlərdə davam etdirməli olacaqlar. Bu
isə onların yenidən uyğunlaşmasını, yaşayış şəraitini dəyişməsini
və inteqrasiyanın ilk, ən çətin mərhələsini keçdikləri mühiti tərk
etməsini tələb edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.