Marneuli bağçaları üçün 12 351 lari dəyərində yumurta alınır

Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi bağçalar üçün yumurta satınalması məqsədilə elan olunmuş 16 545 larilik tenderin qalibi müəyyənləşib.


Prosedurda yalnız bir iddiaçı iştirak edib və bələdiyyəyə xidməti 12 351 lariyə təklif edib. Tenderin qalibi fərdi sahibkar Papuna Manvelişvilidir və hazırda onunla müqavilənin bağlanması prosesi gedir.

Birlik bağçalar üçün ümumilikdə 31 031 ədəd toyuq yumurtası alır.

Tələblər
aşağıdakı kimidir:


  • Kateqoriya və çəki: I kateqoriya, markalanmış yumurta; bir ədədinin çəkisi azı 50 qram olmalıdır.
  • Xarici görünüşü: Təzə, bütöv, təmiz, bərk, hamar, kələ-kötürsüz, qoxusuz və ləkəsiz; rəngi ağ və ya qəhvəyi.
  • Qablaşdırma: Satınalma ehtiyacından asılı olaraq karton altlıqlarda və/və ya birdəfəlik konteynerlərdə qablaşdırılmış.
  • Yararlılıq müddəti: Təhvil verilən məhsulun qalan yararlılıq müddəti ümumi saxlanma müddətinin azı 70%-ni təşkil etməlidir.



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google