Meriya "Marneuloba 2026" üçün musiqi nömrələrinə 41 000 lari xərcləyəcək

"Marneuloba 2026" tədbirinin qeyd olunması üçün Marneuli meriyası 147 154 lari xərcləyəcək.


Tədbirin təşkili üçün bələdiyyə 218 326 lari məbləğində tender elan etmişdi. Tenderdə üç iddiaçı iştirak edib və qalib olaraq "Geoprof" MMC elan olunub. Bu şirkət bələdiyyəyə tenderdə ən aşağı qiyməti təklif edib.

"Geoprof" ilə bağlanan müqaviləyə əsasən, tədbir çərçivəsində Gürcüstan, Azərbaycan, Ermənistan və
Yunanıstan guşələri, kulinariya ustad dərsləri, uşaq əyləncə məkanı, idman fəaliyyətləri və digər əyləncəli proqramlar təşkil olunacaq.

Bələdiyyə müğənnilərə 41 000 lari ödəyəcək. Onlar arasında Azərbaycandan dəvət olunacaq musiqiçi də var.

Azərbaycandan dəvət olunmuş müğənniyə 20 000 lari ödəniləcək. – Azərbaycanda fəaliyyət göstərən peşəkar pop müğənnisi (qadın), Azərbaycan mahnılarından ibarət 8 albomu var, 15 illik səhnə təcrübəsinə malikdir. Müəllif Azərbaycan mahnılarını ifa edəcək. Müğənninin 40 yaşı var. Ali musiqi təhsili var, repertuarının müddəti 60 dəqiqədir. Müğənninin Azərbaycandan gəliş-gediş nəqliyyatı, həmçinin Tbilisidə 4 ulduzlu oteldə 1 gecəlik gecələməsi təmin edilir. (Təfərrüatlar və repertuar alıcı ilə razılaşdırılmaqla).

Solo müğənninin dəvət olunması 4 000 lariyə başa gələcək – 25 yaşında etnik azərbaycanlı, Azərbaycan dilində estrada mahnıları ifa edir, 11 illik səhnə fəaliyyəti təcrübəsi var, çıxışın müddəti 5 mahnı, 20 dəqiqədir. (Yaş, repertuar və digər təfərrüatlar alıcı ilə razılaşdırılmaqla).

Musiqi qruplarının dəvət olunması 12 000 lari – qrupun heyəti 9 musiqiçidən (kişi) ibarətdir, qrup öz estrada, müəllif mahnılarını və gürcü mahnılarının kaverlərini ifa edir. Qrupun repertuarı 60 dəqiqədir. (Təfərrüatlar və repertuar alıcı ilə razılaşdırılmaqla).

Müğənninin dəvət olunması 5 000 lari – qadın, estrada vokalisti ixtisası üzrə musiqi təhsili var, yerli müsabiqələrdə iştirak edib. Estrada və şəhər janrında mahnılar ifa edir. Yaşı 41-dir, repertuarının müddəti 35 dəqiqədir. (Təfərrüatlar və repertuar alıcı ilə razılaşdırılmaqla).

Tender sənədlərinə əsasən, satınalmaya kulinariya guşələri və ustad dərsləri üçün ərzaq məhsullarının alınması, uşaq əyləncə məkanının və müvafiq instalyasiyaların qurulması, həmçinin idman tədbirləri üçün lazım olan inventarın təmin edilməsi də daxildir. Proqramda gürcü güləşi, qol güləşi və oxatma üzrə yarışlar nəzərdə tutulub.

"Marneuloba 2026" sentyabr ayında keçiriləcək. Dəqiq vaxt hələlik məlum deyil.

Foto: Meriya, Marneuloba 2025

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google